Azərbaycancaaz
Mir.az » Resept » Sirri Sousunda Gizli : Türk Mətbəxindən Kotletli Ali Paşa Plovu Resepti

Sirri Sousunda Gizli : Türk Mətbəxindən Kotletli Ali Paşa Plovu Resepti

90
asan resept,asan yemək resept,sadə resept
420 calories, 4 grams fat
Sirri Sousunda Gizli : Türk Mətbəxindən Kotletli Ali Paşa Plovu Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Əsas yemək və qəlyanaltı hazırlamaq problemi hamımızın başındadır. Ancaq bu resept elə bir reseptdir ki, həm qəlyanaltısı , həm də əsas yeməyi yanındadır.Təqdimatı çox zərif,dadı isə əfsanədir. Əfsanəvi sousu ilə fərqlənən dənli plovu və kotletləri ilə bu resepti qaçırmaq olmaz! Mir.az dəvət masalarınıza uyğun olacaq bu resept üçün sizi mətbəxə dəvət edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

Kotlet üçün:
500 qram qiymə
1 ədəd sürtgəcdən keçilmiş soğan
1 ədəd yumurta
1/2 stəkan çörək qırıntısı
3 çay qaşığı duz
2 çay qaşığı qara istiot
2 çay qaşığı kimyon

Qızartmaq üçün:
1/2 stəkan maye yağ
1 xörək qaşığı un

Plov üçün:
2 stəkan düyü
2 xörək qaşığı əriştə
2 xörək qaşığı kərə yağı
1 xörək qaşığı maye yağ
1.5 çay qaşığı duz

Sous üçün:
2 xörək qaşığı kərə yağı
1 çay qaşığı tomat pastası
1 stəkan isti su

Hazırlanma qaydası:

Kərə yağı və vermişeli düyünü bişirəcəyiniz qazana töküb qovurun.Suda islatdığınız düyünü də əlavə edib düyü şəffaf olana qədər qovurmağa davam edin.
Üzərinə 2,5 stəkan qaynar su və duz əlavə edib qapağı bağlayın.
Qaynamağa başlayanda xodunu alın və dəmlənməyə buraxın.
Kotlet üçün bütün inqrediyentləri bir qaba töküb yoğurun və əlinizlə yumrulayın.
Tavanıza çox az yağ və un əlavə edin ki,kotletlər dağılmasın. Kotletləri tavaya əlavə edib qızardaraq bişirin.Bişmiş kotletlərə kərə yağı əlavə edib qabı irəli-geri hərəkət etdirin ki yağ ərisin.
1 stəkan qaynar suda tomat pastasını həll edib kotletlərin üzərinə tökün və qaynayana qədər aşağı odda bişirin.
Bişdikdən sonra istədiyiniz kimi süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz