Tam Bir Zülal Qaynağı : Toyuq Yeməyi Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Mir.a idmandan əvvəl və sonra zülal qaynağınız, xəstələnəndə dərmanınız, sümük və oynaq ağrılarınıza şəfa olan toyuq yeməyi reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
15 dəqiqəTərkibi:
6-7 ədəd toyuq budu2 ədəd kartof
1 ədəd kök
10 ədəd xırda soğan
4-5 xörək qaşığı zeytun yağı
4 diş sarımsaq
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
Sous üçün:
1/2 ədəd limon suyu
1 çay qaşığı un
1 stəkan su
Hazırlanma qaydası:
Toyuq budunun dərisini istəyə görə çıxarıb yaxşıca yuyun və qazana qoyub üzərini örtəcək qədər su əlavə edib yumşaq olana qədər bişirin.
Ayrı bir qazana yağ əlavə edib soğan və sarımsağı qovurun.
Kökü uzun-uzun , kartofu isə böyük kub şəklində doğrayıb qazana əlavə edin və ara-sıra qarışdırın.
Ardı ilə bişmiş budları,duz,istiot və su əlavə edin.
Qazanın qapağını örtün və tərəvəz və toyuq yumşaq olana qədər bişirin.
Sonda limon suyu, un və suyu bir qabda qarışdırın. Yeməkdən bir stəkan su götürüb sousa töküb tez qarışdırın və soyuması üçün kənara qoyun.
Hazırladığınız sousu qazana əlavə edin və yaxşı qarışdırıb 1-2 dəqiqə daha bişirməyə davam edin.
Bişirdikdən sonra cəfəri ilə bəzəyib süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz