Azərbaycancaaz
Mir.az » Resept » Dadı Damaqlarda Qalan Ləzzət : Qozlu Toyuq Yeməyi Resepti

Dadı Damaqlarda Qalan Ləzzət : Qozlu Toyuq Yeməyi Resepti

400
asan resept,asan yemək resept,sadə resept
6 calories, 6 grams fat
Dadı Damaqlarda Qalan Ləzzət : Qozlu Toyuq Yeməyi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Zülal anbarı olaraq bilinən toyuq dünyada ən çox istifadə edilən ət məhsullarından biridir. Xolesterolu və təzyiq dəyərini tarazlaşdıran bu qida qızartma, soyutma və qovurma kimi üsullarla bişirilə bilər. Toyuqdan Çərkəz toyuğu yeməyi adıyla bilinən dadlı yemək hazırlaya bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

35 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

  • 4 ədəd toyuq budu( toyuq filesi də ola bilər)
  • 1 ədəd soğan
  • 2 çay qaşığı acika
  • 4 stəkan su
  • 3 stəkan qoz ləpəsi
  • 2 diş sarımsaq
  • 1 stəkan duru yağ

  • Sousu üçün:
  • 1 stəkan su
  • 5 xörək qaşığı qarğıdalı unu

Hazırlanma qaydası:

Dərin bir qazanda duru yağı isidib xırda doğranmış soğanı qovurun. Üzərinə yaxşıca yuyub süzdüyünüz toyuq ətlərini və 1 çay qaşığı acikanı da əlavə edib qovurmağa davam edin. 10 dəqiqə qovurduqdan sonra 4 stəkan isti suyu əlavə edin və qazanın qapağını bağlayıb toyuq ətləri yumşalana qədər bişirin.
Toyuq ətləri bişərkən sousu hazırlayın. Kiçik bir qazana suyu tökün və qaynadıqda qarğıdalı ununu əlavə edin. Orta ocaqda dayanmadan qarışdıraraq 15 dəqiqə bişirib ocaqdan götürüb və soyumağa buraxın.
Qozu mətbəx robotunda yağı çıxana qədər yaxşıca çəkin (Qoz çəkildikcə bir-birinə yapışmağa başlayacaq).İçərisinə sarımsaq və qalan 1 çay qaşığı acikanı da əlavə edib çəkməyə davam edin. (Bu əməliyyat nəticəsində hamısı bir top halına gələcəkdir.) Mətbəx robotunda çəkilən qarışığa soyuyan sousu da əlavə edib çəkməyə davam edin. Hamısı bir-birinə yapışmağa başlayacaq. Hazırladığınız qarışığa daha əvvəl bişirdiyiniz toyuqların suyundan 3 çömçə əlavə edib mətbəx robotuyla qarışdırmağa davam edin.
Servis edəcəyiniz boşqaba toyuq ətlərini yerləşdirin və üzərinə hazırladığınız sousu töküb yaxşıca qarışdırıb servis edə bilərsiz.
İstəsəniz qozlu toyuğu, kartof püresi ilə birlikdə süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz