Azərbaycancaaz
Mir.az » Resept » Qat-Qat Ləzzət : Ətli , Köklü Plov Resepti

Qat-Qat Ləzzət : Ətli , Köklü Plov Resepti

291
asan resept,asan yemək resept,sadə resept
540 calories, 5 grams fat
Qat-Qat Ləzzət : Ətli , Köklü Plov Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Bir çox ləzzətləri birləşdirən düyü reseptləri gözəldir.Tərəvəzdən tutmuş ətə qədər bütün vitaminləri ehtiva edən rəngarəng plovlar hər zaman böyük ailə süfrələrində əsas yemək kimi yeyilir.
Ətli və köklü plov belə yeməklərdən biridir.Kub şəklində doğranmış quzu əti, soğan, sote edilmiş kök və noxudla ətirli düyü qat-qat qaymaqdan hazırlanmış torta bənzəyir.

NEÇƏ NƏFƏR ÜÇÜN

5 nəfərlik

HAZIRLIQ VAXTI

40 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

  • 500 qram quzu əti
  • 1 ədəd böyük soğan
  • 2 ədəd kök
  • 1 stəkan qaynadılmış noxud
  • 2 stəkan düyü
  • 2,5 stəkan isti su
  • 4 xörək qaşığı kərə yağı
  • 2 xörək qaşığı zeytun yağı
  • 1 çay qaşığı duz
  • 1/2 çay qaşığı qara istiot

Hazırlanma qaydası:

Bol suda yuduğunuz düyünü ayrıca qaba qoyub üzərini örtəcək qədər ilıq su və duz əlavə edib 15 dəqiqə gözləyin.
Soyulmuş kökləri sürtkəcdən keçirin.Soğanı xırda doğrayın. Yağlı yerləri təmizlədikdən sonra bol suda yuduğunuz quzu ətinin suyunu yaxşı süzün.
Düyünü bişirəcəyiniz qazana 2 xörək qaşığı kərə yağı töküb əridin. Kub şəklində doğranmış quzu ətini rəngi dəyişənə qədər yüksək odda qovurun. Doğranmış soğanı əlavə edib 3-4 dəqiqə qovurmağa davam edin.
Kiçik bir qazanda zeytun yağını qızdırın. Sürtkəcdən keçilmiş kökü rəngi dəyişənə qədər qovurun.
Qalan kərə yağını ayrı bir qazanda əridin.Düyünu orta istilikdə qovurun. Qaynadılmış noxudu da əlavə edib qarışdırın.
Sırayla bütün inqrediyentləri soğanla birlikdə qızardılmış quzu ətinin olduğu qazana qat -qat yerləşdirin.
Quzu ətlərini elə yayın ki, qabın dibində yer qalmasın.Əvvəlcə qovrulmuş soğanları sonra isə kökü də ətin üzərinə sırasıyla töküb hamarlayın.
Qaynadılmış noxudla birlikdə bişmiş düyünü kökün üzərinə elə yayın ki ,boşluq qalmasın.
Duz, istiot və qaynar su əlavə etdikdən sonra qazanın qapağını bağlayın. Qapağını açmadan 15 dəqiqə zəif odda bişirin.
Sonradan plovun qapağını dəsmal ilə örtdükdən sonra 10 dəqiqə daha gözləyin.
Hər qatında fərqli dad verən plovu böyük bir boşqabda ters çevirdikdən sonra süfrəyə verin.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz