Azərbaycancaaz
Mir.az » Resept » Türkiyə Mətbəxindən:Məşhur Poğaça Resepti

Türkiyə Mətbəxindən:Məşhur Poğaça Resepti

61
asan resept,asan yemək resept,sadə resept
825 calories, 8 grams fat
Türkiyə Mətbəxindən:Məşhur Poğaça Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Uzun müddət təravətini saxlayan bu yumşaq şirniyyat xəmirinin reseptini mütləq yazın. Çünki onun dadına baxanlar mütləq sizdən resept istəyəcəklər.Əgər inqrediyentlər hazırdırsa, o zaman yumşaq poğaça hazırlamağın vaxtıdır!

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

25 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

6.5 stəkan un
1 paket təzə maya
4 xörək qaşığı şəkər tozu
1 stəkan maye yağ
1 stəkan süd (isti)
2 ədəd yumurta (1 sarısı ayrılacaq)
1 stəkan su (isti)
1.5 çay qaşığı duz

Üzəri üçün:
1.5 xörək qaşığı küncüt və qara zirə qarışığı (istəyə görə)

Hazırlanma qaydası:

Mayanı isti suda həll edin.Üzərinə şəkər tozu əlavə edib qarışdırın və 15 dəqiqə gözləyin.
Ayrı bir qabda süd, yağ, yumurta və duzu qarışdırıb üzərinə mayanı əlavə edin. Ardı ilə unu yavaş-yavaş əlavə edərək ələyapışmayan xəmir alınana qədər yoğurun.
Yoğrulmuş xəmirin üzərini örtüb 30 dəqiqə mayalanmasını gözləyin.
Mayalanmış xəmirdən eyni boyda yuvarlaq kündələr hazırlayıb əlinizlə ovuc içi qədər yayın və ortasına istədiyiniz içliyi qoyub bükün.
Soba qabına qoyduğunuz xəmirlərin üzərinə yumurta sarısı sürtüb, küncüt və qara zirə səpib 180 dərəcədə 25-30 dəqiqə bişirin.
Bişdikdən sonra səhər yeməyində ,şirinçayın yanında süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz