Azərbaycancaaz
Mir.az » Resept » Türklərin Səhər Yeməyində Vazkeçilməzi: Məşhur Poğaça Resepti

Türklərin Səhər Yeməyində Vazkeçilməzi: Məşhur Poğaça Resepti

1 501
asan resept,asan yemək resept,sadə resept
2025 calories, 20 grams fat
Türklərin Səhər Yeməyində Vazkeçilməzi: Məşhur Poğaça Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Poğaça resepti.
Siz hələ də məşhur poğaça yeməməsizsə , bu resept sizin üçündür. Hamının evində olan ərzaqlarla hazırlaya biləcəyi , səhərləri şirinçayın yanından əksik olmayan , pambıq kimi köpən, yumyumşaq poğaçalar bişirə bilərsiz.
Ağzı qapalı qabda günlərlə saxlaya bilərsiz. Və ya xəmir edib günlərlə xəmiri soyiducuda saxlayıb, səhərləri ürəyiniz istəyən zaman hazırlaya bilərsiz.

NEÇƏ NƏFƏR ÜÇÜN

20 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

1 stəkan ilıq su
1 stəkan isti süd
2 paket quru maya (20 qram)
4 xörək qaşığı şəkər tozu
1 stəkan duru yağ
1 ədəd yumurta
2 dolu çay qaşığı duz
7 stəkan un (lazım olduğu qədər)

Üzəri üçün:
1 ədəd yumurta sarısı
1 xörək qaşığı küncüt

Hazırlanma qaydası:

Böyük bir qaba 1 stəkan ilıq su və 1 stəkan ilıq süd töküb üzərinə 2 paket quru maya və 4 xörək qaşığı şəkər tozu əlavə edib mayanın köpməsi üçün 5 dəqiqə gözləyin.
Maya tam həll edildikdən sonra üzərinə 1 stəkan yağ, 1 yumurta və 2 çay qaşığı duz əlavə edib qarışdırın.
Unu az-az əlavə edib yoğurmağa başlayın. Yumşaq və ələyapışmayan xəmir alındığı zaman üzərini örtüb otaq temperaturunda 40-45 dəqiqə mayalanmağa qoyun.
Mayalanmış xəmirdən yumurta böyüklüyündə parçalar ayırıb ovucunuzda yumru formaya salın.
Soba qabına qoyduğunuz xəmirin üzərinə yumurta sarısı sürtüb,küncüt səpib 10-15 dəqiqə gözləyin. Əvvəlcədən isidilmiş 190 dərəcə sobada 20 dəqiqə bişirin.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz