Mayasız: Asan Poğaça Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Bulka , börək ,poğaça kimi az şəkərli şirniyyatlara can atdığınız zaman, gözləmədən tez hazırlaya biləcəyiniz reseptimizə xoş gəlmisiniz. Mir.az Türkiyə mətbəxinə məxsus asan poğaça reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
15 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
70 qram otaq temperaturunda kərə yağı1/2 stəkan maye yağ
1/2 stəkan süd
1.5 paket qabartma tozu
1 çay qaşığı duz
1 ədəd yumurta
3,5 stəkan un
Üzəri üçün:
5 xörək qaşığı küncüt
5 xörək qaşığı qara zirə
1 ədəd yumurta sarısı
Hazırlanma qaydası:
Asan Poğaça Resepti üçün Bişirmə Təklifi
Bütün inqrediyentlərin otaq temperaturunda olduğundan əmin olun.İstəyirsinizsə, içinə zeytun və ya kartof əlavə edə bilərsiniz.
Bütün inqrediyentləri qaba töküb yapışmayan bir xəmir yoğurun.
Bu xəmirdən orta ölçülü kündələr hazırlayıb içinə xırda doğranmış pendir qoyub,şəkildəki kimi büküb forma verin.
Onları yağlı kağız qoyduğunuz soba nimçəsinə qoyun və üzərinə yumurta sarısı sürtüb qara zirə və küncüt səpin.
Əvvəlcədən isidilmiş 180 dərəcə sobada təxminən 20 dəqiqə bişirin.
Sobadan çıxarıb otaq temperaturuna gəldikən sonra səhər yeməyində süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz