Makedoniyadan Sevgilərlə : Üsküp Börəyi Resepti
Yemək Haqqında:
Makedoniya mətbəxindən Börək resepti.
Mir.az dadlı xəmir resepti ilə qarşınızdadır! Bu dəfə Makedoniya ləzzəti süfrələrinizin qonağıdır. Budur qarşınızda: Üsküp Börəyi! Çay saatlarınızın və səhər yeməyi süfrələrinizin əvəzolunmaz resepti olmağa namizəd olan bu xəmir asanlıqla hazırlanır. Digər xəmirlərdən daha asan olduğu üçün ürəyimizi fəth edir!

NEÇƏ NƏFƏR ÜÇÜN
1 nimçə nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
3 ədəd yumurta1 stəkan maye yağ
1 stəkan süd
2 stəkan un
1 sürtgəcdən keçilmiş kabaçki
1 stəkan sürtgəcdən keçilmiş ağ pendir (az yağlı)
1.5 çay qaşığı soda
1 dəatə doğranmış cəfəri
Üzəri üçün:
1 ədəd yumurta sarısı
2 xörək qaşığı küncüt
Hazırlanma qaydası:
Böyük bir qabda yumurta, yağ və südü yaxşıca çırpın. Üzərinə unu əlavə edib yenidən çırpın.
Ən sonda sürtgəcdən keçirilmiş ağ pendir və kabaçki,soda və cəfəri əlavə edib duru xəmir alınana qədər qarışdırın. Kabaçkinin suyu çıxanda unu əlavə etdiyiniz zaman olduğundan bir qədər yumşaq xəmir olacaq. Əgər kabaçki kifayət qədər suyunu buraxmırsa, bir az süd əlavə edərək duru bir xəmir əldə edə bilərsiniz.
Hazırladığınız xəmiri yağlanmış çörək qəlibinə töküb hamarlayın və üzərinə yumurta sarısı sürtüb küncüt səpin.
Əvvəlcədən isidilmiş 180 dərəcə sobada təxminən 30 dəqiqə üzəri qızılı rəng alana qədər bişirin.
Bişdikdən sonra dilimləyib süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz