Azərbaycancaaz
Mir.az » Resept » Səndəl Börəyi Resepti

Səndəl Börəyi Resepti

157
asan resept,asan yemək resept,sadə resept
925 calories, 9 grams fat
Səndəl Börəyi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Börək resepti.
Hər zaman eyni börək reseptlərini hazırlamaqdan yorulmusunuzsa və süfrələrinizdə müxtəlif xəmir yeməkləri istəyirsinizsə, bu resept sizin üçündür! Üstəlik, bunun görünüşünə və dadına söz ola bilməz.
İki qat xəmirin arasına ərinmiş ətirli kərə yağı və bir az nişasta səpin. Üçbucaqlı dilimləri kəsib yaylıq kimi bükün və iki ucunu birləşdirib qab şəklini verin. Hazırladığınız içliyi xəmirin ortasına qoyun. Sonda pomidor və bibərlə bəzəyib, xəmirin kənarlarına yumurta sarısı çəkib sobaya qoyun. 20 dəqiqə bişirildikdən sonra ortaya xırtıldayan, doyurucu bir börək çıxır.
Sevdiklərinizlə həm səhər yeməyinizdə, həm də çay saatında bu ləzzətli börəkdən zövq ala bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

9 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

  • 2 ədəd yağlı xəmir
  • 2 ədəd yumurta sarısı ( üzəri üçün)
  • 4 ədəd bibər
  • 9 ədəd pomidor
  • 3 xörək qaşığı buğda nişastası
  • 1/2 stəka ərimiş yağ (xəmiri yağlamaq üçün)

  • İçlik üçün:
  • 5 xörək qaşığı duru yağ
  • 1 ədəd sürtkəcdən keçilmiş pomidor
  • 1 ədəd soğan ( xırda doğranmış )
  • 1 ədəd bibər (xırda doğranmış)
  • 250 qram çəkilmiş mal əti
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qara istiot
  • 1 çay qaşığı quru nanə
  • 1 çay qaşığı acı bibər tozu

Hazırlanma qaydası:

Böyük bir tavada yağı qızdırın.İçinə doğranmış soğanları əlavə edib bir az çəhrayılaşdıqdan sonra bibərləri əlavə edin və 3-4 dəqiqə qovurub qiyməni əlavə edin. Qiymə suyunu buraxıb çəkənə qədər qovurun. Sonra duz, qara bibər, quru nanə və qırmızı bibər əlavə edib qarışdırın.
Sonda sürtkəcdən keçilmiş pomidoru əlavə edib,5 dəqiqə bişirib ocaqdan götürün.
Yağlı xəmirin birini masanın üzərinə yayıb əridilmiş kərə yağı ilə hər tərəfini yağlayın və üzərinə nişasta səpin.
Nişasta səpilmiş, yağlanmış xəmirin üzərinə o biri xəmiri sərib üçbucaqlı dilimlər kəsin.
Üçbucaq formalı xəmiri rulon kimi büküb iki ucunu sağ və sol tərəfə birləşdirib uc hissəsini yumru hissəyə qatlayın və qaba bənzər xəmir əldə edin. Hazırladığınız xəmiri yağlı kağız sərilmiş soba qabına qoyun.
Hazırladığınız içliyi yumru formada olan xəmirin içərisinə bölüb pomidor və bibərlə bəzədikdən sonra kənarlarına yumurta sarısı sürtün.
Əvvəlcədən isidilmiş 200 dərəcə sobada 25 dəqiqə bişirin. Hazır olan börəkləri isti halda servis edin.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz