Azərbaycancaaz
Mir.az » Resept » Türkiyə Mətbəxindən Dadlı , Ləzzətli Qiymə Börəyi Resepti

Türkiyə Mətbəxindən Dadlı , Ləzzətli Qiymə Börəyi Resepti

1 149
asan resept,asan yemək resept,sadə resept
650 calories, 6 grams fat
Türkiyə Mətbəxindən Dadlı , Ləzzətli Qiymə Börəyi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Börək resepti.
Xəmir reseptlərindən ən məşhuru, hər yeməyə uyğun olanı qiymə börəyidir. İçinin yağlı olmaması üçün az yağda soğan və ədviyyatlarla qızardın. Mal ətinin xəmirə qatdığı börək səhər yeməyində bir stəkan çayla, naharda isə buz kimi ayranla ləzzət verir. Zəmanət veririk ki, evdə xəmir hazırlayıb bişirməklə də belə qiymə börəyi dadlı olacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

50 dəqiqə

Tərkibi:

3 ədəd yağlı xəmir

İçi üçün:
2 xörək qaşığı duru yağ
2 ədəd soğan (orta ölçü)
400 qram çəkilmiş mal əti
1 çay qaşığı qara istiot
1 çay qaşığı acı bibər
1 çay qaşığı kimyon
1 çay qaşığı qırmızı bibər tozu
1 çay qaşığı duz
1 çay qaşığı şəkər tozu
1 stəkan su

Sous üçün:
1 ədəd yumurta
1 stəkan duru yağ
1 stəkan süd
2 xörək qaşığı qatıq
1/2 çay qaşığı duz
1 xörək qaşığı alma sirkəsi
1/2 stəkan duru yağ (üzəri üçün)

Hazırlanma qaydası:

İçlik üçün kiçik kub şəklində doğradığınız soğanı duru yağı ilə tavada vam odda qovurun.
Soğanlara 2-3 dəqiqə sonra qiymə əlavə edib qarışdıraraq qovurmağa davam edin.
Qiymə yaxşı qızaranda təxminən 5 dəqiqə sonra bütün ədviyyatlar, duz və şəkər tozu əlavə edib 2-3 dəqiqə ərzində qovurun.
Suyunu əlavə edib orta-az odda suyu çəkilənə qədər bişirin.Təxminən 5 dəqiqə ərzində bütün suyu çəkmiş ​​olacaq. Sonra ocaqdan götürüb kənara qoyun.
Bu vaxt xəmir üçün sousu hazırlamaq üçün kiçik bir qarışdırma qabına yumurta, süd, 1 stəkan günəbaxan yağı, qatıq, duz və sirkə tökün. Bütün inqrediyentlər bir-birinə keçənə qədər vençik ilə çırpın.
Xəmiri ortadan yarıya bölün.Üzərinə 3-4 xörək qaşığı sousu çəkib soyumuş qiyməni xəmirin geniş tərəfinə tökün.Əvvəlcə sağ və sol kənarlardan 2-3 sm qatlayın. Sonra xəmiri geniş kənarından başlayaraq rulon şəklində bükməyə başlayın,amma çox boş olmasın.
Bütün xəmir üçün eyni qaydanı təkrar edin. Ümumilikdə 6 rulon alınacaq.
Bükdüyünüz xəmirləri şəkildəki kimi sarıyın.
Xəmirlərinizi yağlı kağızı sərdiyiniz soba qabına bir az aralı olmaq şərtilə qoyun.Qalan xəmir sousuna 1/2 çay stəkan günəbaxan yağı əlavə edib qarışdırın və fırça ilə bütün xəmirlərin üzərinə yaxşıca çəkin.
Əvvəlcədən isidilmiş 190 dərəcə sobada 28-30 dəqiqə nəzarət altında bişirin. Sobadan aldıqdan sonra dilimləyib servis edə bilərsiz.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz