Azərbaycancaaz
Mir.az » Resept » Mətbəxdən Gələn O Səs: Qiyməli Xırtıldayan Börək Resepti

Mətbəxdən Gələn O Səs: Qiyməli Xırtıldayan Börək Resepti

139
asan resept,asan yemək resept,sadə resept
1220 calories, 12 grams fat
Mətbəxdən Gələn O Səs: Qiyməli Xırtıldayan Börək Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Börək resepti.
Süfrələrinizə öz iddiası ilə gələn, bol inqrediyentlərlə və asan hazırlanan xırtıldayan börək reseptimiz var! Əvvəlcə qiymə hazırlanır Sonra yağlanıb un səpilir. Qiymə əlavə olunub möhkəm büküb rulon halına gətirilir.Börəklərin vazkeçilməz olan yumurta sarısını sürtüb qara zirə səpdikdən sonra ləzzətli qoxuların bürücəyi sobaya qoyulur və ortaya xırtıldayan börək çıxır. Onu yeyənlər təəccüblənir və reseptini almaq üçün can atırlar!
Yalnız qiymə yox, kartof və holland pendirli olan da çox dadlıdır. Sizdə müxtəlif ləzzətlər hazırlamaq istəyirsinizsə, bu ləzzətləri qaçırmayın!

NEÇƏ NƏFƏR ÜÇÜN

12 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:


    İçlik üçün:
  • 1/2 stəkan duru yağ
  • 2 ədəd soğan (doğranmış)
  • 300 qram qiymə
  • 3 çay qaşığı qarağat (ilıq suda isladılmış)
  • 1/2 dəstə doğranmış cəfəri
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qara istiot

  • Digər Tərkibi:
  • 2 ədəd yağlı xəmir
  • 1/2 stəkan ərimiş yağ
  • 2 xörək qaşığı un

  • Üzəri üçün:
  • 1 ədəd yumurta sarısı
  • 1 xörək qaşığı qara zirə

Hazırlanma qaydası:

Qiyməli içlik üçün böyük bir tavada doğranmış soğanı bitki yağı ilə çəhrayı rəng alana qədər qızardın.
Sonra qiyməni əlavə edib suyu çıxana qədər qovurun.
Duz, istiot və suda isladılmış və suyu süzülmüş qarağat əlavə edib qarışdırmağa davam edin.
Sonda doğranmış cəfərini qiymənin üzərinə əlavə edib ocaqdan götürün.
Börəyi hazırlamaq üçün yağlı xəmiri masanın üstünə açıb yarısına fırça ilə ərinmiş kərə yağı sürtüb üzərinə un səpin və yağlanmamış digər yarısı ilə üzərini örtün və həmin hissəni də kərə yağı ilə yağlayıb un səpin. Daha sonra qiymənin yarısını yarım ay şəklində olan xəmirin uzun hissəsinə yayıb kənarlarından 2 barmaq qatlayıb xəmiri azca sıxaraq rulon şəklində bükün.
Rulon şəklində olan xəmiri bıçaqla 6 hissəyə bölün. İkinci yağlı xəmir üçün də eyni prosesi təkrar edin.
Hazırladığınız börəkləri soba qabına qoyun və üzərinə yumurta sarısı çəkdikdən sonra qara zirə səpin.
Əvvəlcədən isidilmiş 180 dərəcə sobada 20 dəqiqə bişirdikdən sonra servis edə bilərsiniz.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz