Azərbaycancaaz
Mir.az » Resept » Sobada Daha Sağlıqlı : Dil Balığı Resepti

Sobada Daha Sağlıqlı : Dil Balığı Resepti

39
asan resept,asan yemək resept,sadə resept
120 calories, 1 grams fat
Sobada Daha Sağlıqlı : Dil Balığı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Balıq resepti.
Bədəni oval və yastı olan, dərinlikdə yaşayan ağ ətli dil balığının əti də bir o qədər dadlıdır. Dərisi və sümükləri çıxarıldıqdan sonra dil balığı sobada qısa müddətdə bişirilir.İstədiyiniz kimi üzərinə zeytun yağı, sarımsaq, duz və limon əlavə edilir. Yanında qaynadılmış təzə kartof da olsa, balıq daha da ləzzətli olur.
Mir.az dilbalığı reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

1 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

1 ədəd dil balığı
2 xörək qaşığı zeytun yağı
1 diş sarımsaq
1 dilim limon
1/4 çay qaşığı duz

Servis üçün:
1 çay qaşığı kərə yağı
1/3 dəstə cəfəri

Hazırlanma qaydası:

Dərisini və sümüklərini çıxardığınız balığı bol suda yuyub artıq suyunu kağız dəsmal ilə qurulayın.
Soyulmuş sarımsağı incə doğrayın.Üzərinə zeytun yağı əlavə edib qarışdırın.
Balığı duzlayın və yağlı kağızla örtülmüş soba nimçəsinə qoyun.
Üzərinə sarımsaqlı zeytun yağını çəkin və üzərinə bir dilim limon qoyub əvvəlcədən isidilmiş 180 dərəcə sobada 20 dəqiqə bişirin.
Bol suda təmizləyib yuduğunuz cəfəri yarpaqlarını xırda doğrayın.
Süfrəyə verdiyiniz zaman balığın üzərinə vam odda əritdiyiniz kərə yağı ilə azca qovrulmuş cəfəri yarpaqlarını töküb sevdiklərinizlə bölüşə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz