Azərbaycancaaz
Mir.az » Resept » Sobada Toyuqlu Badımcan Resepti

Sobada Toyuqlu Badımcan Resepti

127
asan resept,asan yemək resept,sadə resept
245 calories, 2 grams fat
Sobada Toyuqlu Badımcan Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Yelpik şəklində dilimləndikdən sonra əvvəlcədən isidilmiş sobada bişmiş badımcanlar, içinə toyuq və ədviyyatlar, sürtkəcdən keçirilmiş holland pendiri... Sobada toyuqlu badımcanın hekayəsi əslində bu qədər qısadır.İstəsəniz əvvəlcədən qaynadılmış quzu əti və tərəvəz qarışığı ilə , ədviyyatlar əlavə edib hazırlayıb ləzzət ala bilərsiz.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

45 dəqiqə

Tərkibi:

  • 2 ədəd böyük badımcan
  • 1 ədəd soğan
  • 1 diş sarımsaq
  • 3 xörək qaşığı zeytun yağı
  • 1 xörək qaşığı kərə yağı
  • 300 qram doğranmış toyuğun döş əti
  • 3 ədəd pomidor
  • 2 ədəd yaşıl bibər
  • 1/2 çay qaşığı bibər pastası
  • 1/2 stəkan sürtkəcdən keçilmiş holland pendiri
  • 1 dəstə cəfəri
  • 1/2 çay qaşığı kəklikotu
  • 1/2 çay qaşığı duz
  • 1/4 çay qaşığı qara bibər tozu

Hazırlanma qaydası:

Bol suda yuduğunuz badımcanların üst hissəsini kağız dəsmal ilə qurudun.İti bıçaqla uzununa doğru kesin.Tutacaq hissəsini tamamilə kəsməmək üçün diqqətli olun.
Badımcanları yağlı kağız sərilmiş soba qabına qoyub zeytun yağı ilə yağlayın.Əvvəlcədən isidilmiş 200 dərəcə sobada 20-25 dəqiqə bişirin.
Toyuqlu içlik üçün soğanı, sarımsağı incə doğrayın. Yaşıl bibərləri yarım ay, qabığı soyulmamış pomidorları kublar şəklində,cəfərini isə incə doğrayın.
Qalan zeytun yağı və kərə yağını böyük bir tavada qızdırın. Soğan və sarımsağı əlavə edib 1 dəqiqə qovurun. Kub şəklində doğranmış toyuq döşlərini əlavə edib yüksək odda qovurmağa davam edin.
Toyuqlar qəhvəyi olduqda, yaşıl bibər əlavə edib qarışdırın. Pomidoru və bibər pastasını əlavə edib pomidorların suyu çıxana qədər qovurun. Duz,qara bibər tozu və kəklikotu əlavə edib ocaqdan götürün.
Sobadan çıxardığınız badımcanların dilim aralarını yavaşca aralayıb, hazırladığınız toyuq içliyi ilə doldurun.Üzərinə sürtkəcdən keçirilmiş holland pendiri səpin.
Əvvəlcədən isidilmiş 180 dərəcə sobada pendirlər əriyənə və qızarana qədər bişirməyə davam edin. İncə doğranmış cəfəri yarpaqları ilə bəzədikdən sonra servis edə bilərsiz.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz