Azərbaycancaaz
Mir.az » Resept » Dənizdən Gələn Dad: Balıq Şorbası Resepti

Dənizdən Gələn Dad: Balıq Şorbası Resepti

137
asan resept,asan yemək resept,sadə resept
630 calories, 6 grams fat
Dənizdən Gələn Dad: Balıq Şorbası Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şorba resepti.
Balıqda zülal və omeqa 3 mənbəyi var və balığın faydalarını saymaqla bitmir.Sağlamlığımız üçün davamlı olaraq qızartma və qril istifadə edə bilmədiyimiz üçün onun şorbası köməyimizə gəlir. Mövsümdə iri balıqlardan istifadə edərək möcüzələr yarada biləcəyiniz bu şorba, balıq yeməyən balacaları belə sevdirəcək.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

1 ədəd soğan
2 diş sarımsaq
1 ədəd levrek balığı ( təmizlənmiş )
2 ədəd təzə kəklikotu
1 litr su
2 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı kərə yağı
1 ədəd soğan (doğranmış)
1 ədəd kök (doğranmış)
2 diş sarımsaq
1 ədəd kartof (doğranmış)
3 xörək qaşığı düyü
1/2 ədəd limonun suyu
1 çay qaşığı duz
1/2 dəstə cəfəri

Hazırlanma qaydası:

Qazana iri doğranmış soğan, 2 diş sarımsaq, təmizlənmiş levrek balığı ,kəklikotu və 1 litr su əlavə edin və qaynamağa buraxın.Qaynadıqdan sonra qazanı kənara qoyun.
Bir qazana 2 xörək qaşığı zeytun yağı və 1 xörək qaşığı kərə yağı qoyub 1 ədəd doğranmış soğanı əlavə edib qovurun.
Kökü kiçik kub formasında doğrayın və qazana əlavə edin.
Əzilmiş 2 diş sarımsaq və doğranmış kartofu da əlavə edib qovurmağa davam edin.Başlanğıcda qaynatdığınız balığın suyunu süzüb bura əlavə edin.
Düyü, qaynaddığınız balığın ətini və yarım limonun suyunu da əlavə edin.Ən son duz və xırda doğranmış cəfəri əlavə edin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz