Fərqli Dad: Karamelli Armud Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Desert resepti.
Fərqli ləzzət axtaranlar, hər zaman eyni dadları hazırlamaqdan bezənlər, meyvəli ,karamelli desert istəyənlər varsa , bu resept onlar üçündür.
Mir.az karamelli armud reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
6 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
40 dəqiqəTərkibi:
Tart üçün:2 stəkan un
1 yumurta
125 qram kərə yağı
1/2 paket qabartma tozu
1/2 stəkan şəkər
Üzəri üçün:
100 ədəd badam ( file badam )
3 ədəd armud
Karamel üçün:
1 stəkan şəkər
3 xörək qaşığı kərə yağı
Hazırlanma qaydası:
Tavada şəkəri əridin və kərə yağı əlavə edib karameli hazırlayın.
Keks qabına karameli töküb incə badamları ( file badam) səpin.
Armudları ortadan kəsib içini təmizləyin və karamel və badam əlavə olunmuş keks qabına qoyun.
Digər tərəfdən kərə yağı, yumurta və şəkəri qarışdırın. Un və qabartma tozunu əlavə edib xəmir yoğurun. Yoğurduğunuz xəmiri yayıb armudların üzərini örtün və 180 dərəcədə 40 dəqiqə bişirin. Bişdikdən sonra deserti dondurma ilə süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz