Bu Dəfə Karamelli : Ləzzətli Tartaletka Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Könlünüzdən tartaletka yemək keçirsə bunun üçün restoran, kafelərə getməyə ehtiyac yoxdur. Evdə özünüz asan və ləzzətli karamelli tartaletka hazırlaya bilərsiniz. Dadı olduqa yüngül tartaletkanı zövqünüzə görə meyvəli, şokoladlı, qaymaqlı, kremli hazırlaya bilərsiniz. Mir.az ləziz karamelli tartaletkanın reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
12 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
Xəmiri üçün:250 qram un
200 qram şəkər kirşanı
1 çimdik (2 qr) duz
1/2 ədəd limon rəndəsi
150 qram otaq temperaturunda yumşaldılmış kərə yağı
5 ədəd yumurta sarısı
Karamelli kremi üçün:
200 qram şəkər tozu
200 ml qaymaq
100 qram ağ şokolad
100 qram kərə yağı
Hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün bir qabda un və şəkər kirşanını qarışdırıb üzərinə limon rəndəsi və 1 çimdik duz əlavə edib qarışdırın.
Otaq temperaturunda yumşaldılmış kərə yağını əllə əzin. Üzərinə unlu qarışığı əlavə edib yaxşıca qarışdırın. Yumurta sarısını da əlavə edib xəmir yoğurun. Xəmiri streç sellofana büküb 1 saatlıq soyuducuya yerləşdirin.
Xəmirdən kiçik kündələr qoparıb tart qəlibinin ölçüsünə uyğun olaraq əllə yüngül yayın. Qəlibin içərisinə kənarları da boş qalmayacaq şəkildə yaydıqdan sonra çəngəllə hər tərəfindən batırın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 18-20 dəqiqə tartaletkalar yüngül qızılı rəng alanadək bişirin. Sobadan götürdüyünüz tartaletkaları qəlibində soyuması üçün kənara qoyun.
Karamelli kremi hazırlamaq üçün bir qabda şəkər tozunu karamelizə rəng alanadək əridin. Üzərinə isilmiş qaymağı əlavə edib zəif ocaqda qarışdırın. Əridilmiş ağ şokoladı və kərə yağını da əlavə edib yaxşıca qarışdın. Qaynadıqdan sonra ocaqdan götürüb soyudun.
İlınan karamelli kremlə tartaletkaları doldurun və 1 saatlıq soyuducuya yerləşdirin. Süfrəyə verdikdə üzərinə xırdalanmış qoz ləpəsi səpin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz