Azərbaycancaaz
Mir.az » Resept » Mayasız Xəmiriylə: İspanaqlı Pendirli Lahmacun Resepti

Mayasız Xəmiriylə: İspanaqlı Pendirli Lahmacun Resepti

16
asan resept,asan yemək resept,sadə resept
815 calories, 8 grams fat
Mayasız Xəmiriylə: İspanaqlı Pendirli Lahmacun Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Lahmacun resepti.
Məlumdur ki, türk və azəri xalqı olaraq xəmir yeməklərinin həvəskarıyıq və hazırlayıb yeməyi sevirik. Səhər yeməyi, nahar, günorta çay saatında, şam yeməyi daxil olmaqla hər yeməkdə yemək imkanımız var. Odur ki ,yeni dadları sınamaq və yeni reseptlər hazırlamağın vaxtıdır.
Mir.az bütün bu müddət ərzində ət və bol ədviyyatla hazırlanan lahmacunun ispanaqlı pendirli məhlulla hazırlanmış reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

Xəmir üçün:
2,5 stəkan un
1 çay qaşığı duz
1 stəkan ilıq su

İçlik üçün:
500 qram ispanaq
400 qram pendir
1 çay qaşığı qırmızı bibər tozu
1 xörək qaşığı zeytun yağı

Hazırlanma qaydası:

Xəmir üçün:
Unu dərin bir qaba ələyin və üzərinə duz əlavə edib yaxşıca qarışdırın.
Unun ortasını azca açıb su əlavə edin və yumşaq xəmir alınana qədər yoğurun.
İçlik üçün:
İspanağı yaxşıca yuyun və üzərinə pendiri əlavə edib blenderdən keçirin. ( İçliyi zövqə görə başqa inqrediyentlərlə də hazırlaya bilərsiniz. )
Üzərinə qırmızı bibər tozu və zeytun yağı əlavə edib yaxşıca qarışdırın.
Xəmiri 8 bərabər hissəyə bölün və hər birini nazik şəkildə yayıb üzərinə ispanaqlı pendirli qarışıqdan qoyun.
Bütün lahmavunlar hazır olduqdan sonra əvvəlcədən isidilmiş 190 dərəcə sobanın orta rəfində 10-12 dəqiqə bişirin və ləzzət alın.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz