Azərbaycancaaz
Mir.az » Resept » Xəmiri İncə İçliyi Sulu : Türkiyə Mətbəxindən Ətli Çörək ( Pidə ) Resepti

Xəmiri İncə İçliyi Sulu : Türkiyə Mətbəxindən Ətli Çörək ( Pidə ) Resepti

109
asan resept,asan yemək resept,sadə resept
415 calories, 4 grams fat
Xəmiri İncə İçliyi Sulu : Türkiyə Mətbəxindən Ətli Çörək ( Pidə ) Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Türkiyənin Konya vilayətinin simvolu ətli çörəkdir (pidədir). İncə xəmiri ,xırtıldayan dadı ilə dadından doymaq mümkün deyil. Ən əsas şey xəmirin nazik olması və ətin qoşa bıçaqla doğranmasıdır. İstəyirsinizsə, içərisinə quru soğan əlavə etməyə bilərsiniz. İndi isə Mir.az ətli çörək reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

40 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

Xəmir üçün:
1.5 stəkan ilıq su
1 çay qaşığı quru maya
3,5 - 4 stəkan un
2 xörək qaşığı maye yağ
1 çay qaşığı duz

Üzəri üçün:
400 qram yağlı qiymə
1 ədəd soğan
1 ədəd pomidor
1 ədəd yaşıl bibər
1/4 dəstə cəfəri
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
2 çay qaşığı qırmızı bibər tozu
3-4 xörək qaşığı maye yağ

Hazırlanma qaydası:

Ət Çörəyi Reseptinin İpucu
Otaq temperaturunda dindirdiyiniz xəmiri mümkün qədər incə və uzun formalarda yaymağa diqqət edin.


Ət Çörəyi Resepti üçün Bişirmə Təklifi
İncə bir xəmir olduğu üçün ət çörəklərinin bişmə vaxtı istifadə etdiyiniz soba növünə görə dəyişə bilər.


Xəmir üçün unun bir hissəsini dərin bir qaba töküb üzərinə mayan, suy və duz əlavə edib yoğurun.
Qalan unu da nəzarətli şəkildə əlavə edib ələ yapışmayan xəmir yoğurun və 30 dəqiqə mayalanması üçün kənara qoyun.
İçlik üçün qiymənin üzərinə xırda doğranmış soğan,bibər və pomidoru ,ədviyyat,yağ və duz əlavə edib qarışdırın.
Xəmiri 4 bərabər kündəyə bölün.Hər bir kündəni mümkün qədər incə və uzun olmağ şərti ilə uzunlamasına yayıb üzərinə içliyi yayın.
Yağlı kağız sərilmiş soba nimçəsinə qoyub əvvəlcədən isidilmiş sobanın ən yüksək temperaturunda (220-250 dərəcə arasında) 10-15 dəqiqə bişirin.
Bişdikdən sonra dilimləyərək süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz