Azərbaycancaaz
Mir.az » Resept » Qiyməyə Rəqib: Qovurmalı Börək Resepti

Qiyməyə Rəqib: Qovurmalı Börək Resepti

20
asan resept,asan yemək resept,sadə resept
625 calories, 6 grams fat
Qiyməyə Rəqib: Qovurmalı Börək Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Börək resepti.
Qurban bayramı demək ətlərdən hazırlanan qovurmaları ləzzətlə yemək deməkdir.Mir.az qovurmalı börək reseptini təqdim edir. Hazırlanması çox asan olan bu ləzzətlə tanış olmaq istəyənləri mətbəxdə gözləyəcəyik.İndidən sizə uğurlar.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

  • 2 ədəd yağlı xəmir

  • İçlik üçün:
  • 250 qram qovurma
  • 2 xörək qaşığı zeytun yağı
  • 1 ədəd kiçik ölçü soğan
  • Üzəri və içi üçün sous:
  • 3 xörək qaşığı zeytun yağı
  • 3/4 çay fincanı süd
  • 1 ədəd yumurta sarısı
  • Zövqə görə : Duz, ədviyyat , küncüt (üzəri üçün)

Hazırlanma qaydası:

Soğanı xırda doğrayın və zeytun yağı əlavə olunmuş tavada qızardın.
Qızardıqdan sonra üzərinə otaq temperaturundakı qovurmanı əlavə edin və taxta qaşıqdan istifadə edərək parçalara ayırın.
Sonra ocaqdan götürün və otaq temperaturunda soyumağa buraxın.
Xəmiri dəzgahın üstünə açın.
Süd və zeytun yağını qarışdırıb üzərinə sürtün. Hər iki xəmiri bu şəkildə hazırladıqdan sonra qovurmalı içliyi yayıb rulon formasında bükün.
Bişirəcəyiniz qabın altını kərə yağı ilə yaxşıca yağlayın.
Rulonları öz ətrafında çevirdikdən sonra uclarını aşağıya doğru sarıyın və üzərinə yumurta sarısı çəkib 180 dərəcə qızdırılmış sobada üstü və altı qızarana kimi təxminən -20-30 dəqiqə bişirin.
Bişdikdən sonra sobadan çıxarıb dilimləyin və süfrəyə verin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz