Azərbaycancaaz
Mir.az » Resept » Unlu peçenye ilə eyni: 3 inqridient asan peçenye resepti

Unlu peçenye ilə eyni: 3 inqridient asan peçenye resepti

72
asan resept,asan yemək resept,sadə resept
1625 calories, 16 grams fat
Unlu peçenye ilə eyni: 3 inqridient asan peçenye resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
O qədər asan və dadlı peçenye reseptidir ki, sınayanlar dadına inana bilmirlər. Cəmi 3 inqrediyentdən istifadə edərək hazırlanan bu peçenyelər həm dadlı həm də asan hazırlanandır.

Çox yorulmadan bu tez hazırlanan peçenye hazırlamaq üçün reseptin davamını oxuyun. Nuş olsun!

NEÇƏ NƏFƏR ÜÇÜN

16 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

  • 1 paket vanil pudingi
  • 1 stəkanı maye yağ
  • 3 stəkan un
  • 1/2 paket qabartma tozu

Hazırlanma qaydası:

1. Pudinqi dərin bir qaba tökün.
2. Üzərinə yağ əlavə edin.
3. Un və qabartma tozunu ələyərək əlavə edin.
4. Homojen olana qədər yaxşıca yoğurun.
5. Peçenyeləri istədiyiniz formada düzəldin və siniyə qoyun.
6. Əvvəlcədən 180 dərəcədə isidilmiş sobanın orta gözündə təxminən 25 dəqiqə, kənarları və dibi açıq rəng olana qədər bişirin.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz