Məxmər kimi görünən, asan hazırlanan Qırmızı Peçenye resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Hər zaman şirniyyat vitrinlərində gördüyümüz , yeməyə əlimizin gəlmədiyi , sendiviç formasında “Qırmızı Məxmər Peçenye “.

NEÇƏ NƏFƏR ÜÇÜN
20 nəfərlikHAZIRLIQ VAXTI
40 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
200 qram kərə yağı1 stəkan şəkər tozu
3 stəkan un
1 ədəd yumurta sarısı
1 paket qabartma tozu
Qırmızı rəng üçün:
2 damcı qırmızı qida boyası
Daha təbii və açıq qırmızı rəng vermək üçün:
1 ədəd çuğundur
100 qram gilas ( dənəsi çıxmış )
1 xörək qaşığı alma sirkəsi
Doldurma üçün:
1 paket krem şanti
1 stəkan süd
200 qram labne pendiri
Hazırlanma qaydası:
Əvvəlcə çuğunduru 200 dərəcədə 15 dəqiqə bişirin ki, qırmızı rəng alsın. Onu çıxarıb doğrayın. Blender götürüb içərisinə gilas , çuğundur və alma sirkəsini əlavə edib keçirin. Yaranan qarışığı cuna köməyi ilə süzün. İstəsəniz, rəng vermək üçün qarışığın özünü 1 qaşıqda əlavə edərək peçenye xəmirində bu mayeni istifadə edə bilərsiniz.
Peçenye xəmiri üçün kərə yağını şəkər tozu ilə çalın. Krem kimi bir tutarlılığa gəldikdə, yumurtanın sarısını əlavə edib çalmağa davam edin.Əgər qida boyasından istifadə edəcəksinizsə,onu bu mərhələdə əlavə edin və birlikdə çalın.
Qida boyasından istifadə etmək istəmirsinizsə, hazırladığınız qarışımdan istifadə etmək istəyirsinizsə, bu mərhələdə mayenin bir hissəsini, qarışığın özündən bir neçə qaşıq əlavə edin və spatula ilə yaxşıca qarışdırın. Qida boyasından istifadə edəcəksinizsə, bu addımı keçin.
Sonda un və qabartma tozunu əlavə edərək peçenye xəmirini yoğurmağa başlayın.
Peçenyelərinizi formaya salıb əvvəlcədən isidilmiş 180 dərəcə sobada təxminən 20 dəqiqə bişirin.
Peçenyeniz bişərkən içini hazırlamağa başlayın. Südü və krem şantini bir qaba qoyub yaxşıca çırpın. Sonra labne pendirini əlavə edib çırpmağa davam edin. Doldurmanız hazırdır!
Peçenyelərinizi sobadan çıxarıb soyumasını gözləyin.Peçenyeniz soyuduqdan sonra içliyi krem torbasına qoyun. Qarışığı peçenyenin üzərinə sıxıb üzərinə başqa peçenye qoyun və sendiviç formasını verin. Hazırdır.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz