Azərbaycancaaz
Mir.az » Resept » 10 Dəqiqədə Sobada: Asan Xırtıldayan Peçenye Resepti

10 Dəqiqədə Sobada: Asan Xırtıldayan Peçenye Resepti

835
asan resept,asan yemək resept,sadə resept
2530 calories, 25 grams fat
10 Dəqiqədə Sobada: Asan Xırtıldayan Peçenye Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Artıq peçenyeləri hazır almağa ehtiyac yoxdur. Evdə daha yaxşı və daha dadlı bir peçenye hazırlamağa hazır olun! Xırtıldayan şokoladlı peçenye hazırlayacağıq. Balacalar üçün südə batırıb yeyə biləcəyi,böyüklərin çay saatında müşayiət edə biləcəyi bir peçenye resepti gəlir. Üstəlik bu, peçenyeləri köhnəlmədən uzun müddət saxlaya biləcəksiniz.
Asan ,xırtıldayan peçenye resepti evdəki hər kəs tərəfindən çox seviləcək. Odur ki, Mir.az asan ,xırtıldayan peçenye reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

25 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

  • 1 ədəd yumurta
  • 1/2 stəkan pudra şəkər (80-90q)
  • 2/3 stəkan maye yağ (130-140 ml)
  • 2 stəkan un (250-260 q)
  • 1/2 paket qabartma tozu (5 q)
  • 1 stəkan damla şokolad

Hazırlanma qaydası:

Böyük bir qaba yumurta və şəkər tozunu əlavə edib çırpın.
Üzərinə yağ əlavə edib çırpmağa davam edin.
Un və qabartma tozunu əlavə edib yoğurmağa başlayın.
Sonda damla şokoladı da əlavə edib yenidən yoğurun və qoz böyüklüyündə parçalar götürüb yuvarlaq forma verib əlinizlə yüngülcə sıxın və soba qabına qoyun.
Əvvəlcədən isidilmiş 180 dərəcə sobada 15-18 dəqiqə bişirin.
Sobadan çıxarın və peçenyeləri bir stəkan və ya spatula ilə basaraq forma verin. Amma peçenyeləri qırmadan yavaş bir şəkildə basmağa diqqət edin.
Yenidən 12-15 dəqiqə sobaya qoyub bişirin. Sobadan götürdükdən sonra çay və ya qəhvənin yanında süfrəyə verin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz