Azərbaycancaaz
Mir.az » Resept » Qəbələ Mətbəxindən: Çığırtma Plov Resepti

Qəbələ Mətbəxindən: Çığırtma Plov Resepti

483
asan resept,asan yemək resept,sadə resept
860 calories, 8 grams fat
Qəbələ Mətbəxindən: Çığırtma Plov Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Yemək resepti.
Azərbaycanda demək olar ki, hər regionun özünə xas plov növü var. Bu ləziz plovlardan biri də Qəbələ və şimal bölgəsinə xas çığırtma plovdur. Mir. az ləziz çığırtma plovun reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

60 dəqiqə

Tərkibi:

  • 1,5 kq toyuq
  • 5-6 ədəd soğan
  • 10 ədəd yumurta
  • 1 çay qaşığı duz
  • 1/2 çay qaşığı sarıkök
  • 1/3 çay qaşığı limon duzu
  • 1 kq düyü

  • Qazmaq üçün:
  • 1 stəkan un
  • 2 dolu xörək qaşığı qatıq
  • 1 çimdik soda
  • 2 xörək qaşığı duru yağ
  • 1/3 çay qaşığı duz

Hazırlanma qaydası:

Əvvəlcə toyuğu doğrayın və yuyub bişməyə qoyun. Soğanları nazik uzun formada doğrayıb yağda qızılı rəng olana qədər qovurun.Daha sonra bişmiş toyuq ətlərini əlavə edin. Üzərinə duz, sarıkök, istiot, bir çimdik limon duzu töküb qovurun. Yumurtaları başqa bir qabda çəngəllə yaxşıca çırpın və toyuğun üzərinə əlavə edin. Qapağını örtüb vam odda bişirin.
Qazmağı hazırlamaq üçün bir qabda un, qatıqda söndürülmüş soda, duru yağ və duz əlavə edib yoğurun. Üzərini streç sellofanla örtüb 10 dəqiqə kənarda saxlayın. Daha sonra oxlovla yayın.
İlk öncə düyünü duzlu suda isladın.
Qazana su doldurub qaynamağa qoyun. Qaynayan suya duz əlavə edib qarışdırın. Yuyulub, suyu süzülmüş düyünü qaynayan suya töküb yarıbişmiş olana qədər bişirin. Bişən düyünü süzün. Plovu dəmləyəcəyiniz qazanı qızdırın. 1 xörək qaşığı kərə yağı əlavə edib yaydığınız qazmağı dibinə yerləşdirin. İstədiyiniz xəmir kəsən formalarla kəsin. Süzülmüş düyünü qazana əlavə edib üzərinə ərinmiş kərə yağı və dəmlənmiş zəfəran suyu gəzdirib qazanın qapağını örtüb vam odda dəmə qoyun.
Dəm alan düyünü boşqaba çəkib üzərinə əridilmiş kərə yağı əlavə edin. Hazırladığınız çığırtma toyuğu və qazmağı da üzərinə qoyub süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz