Dünya ədəbiyyatı içində özünəməxsus yeri olan ingilis ədəbiyyatının görkəmli nümayəndələri arasında kifayət qədər istedadlı, tanınmış qadın yazarlar da var. "Ədəbiyyat qəzeti"nin budəfəki sayında ingilis ədəbiyyatının ən önəmli hesab edilən 7 qadın yazarı haqqında məlumat verəcəyik.
1. Afra Ben - 14 dekabr 1640-cı ildə anadan olan dramaturq, şair, nasir və tərcüməçi idi. İngiltərənin ilk peşəkar qadın yazarıdır və 20 il boyu ədəbiyyat dünyasında yeganə qadın olaraq adını tarixə qızıl hərflərlə yazdırıb. Yazıları ilə pul qazanan ilk ingilis qadınlarından biri kimi o, mədəni maneləri aşaraq qadın müəlliflərin sonrakı nəsilləri üçün ədəbi nümunə rolunu oynayıb. Kişilər aləmində yeganə qadın olaraq artıq qadınların nə qədər güclü olduğunu, kişilərdən asılı olmadığını, onların da yazıb pul qazana bildiklərini göstərib. Yazar kimi tanınmağa başlayandan qısa müddət sonra pyeslər yazmağa başlayır. O, Con Vilmot (C.Vilmot ingilis şairi və II Kral Çarlzın Bərpa Məhkəməsinin məhkəmə işçisi idi. O, bəzi çağdaşı tərəfindən "ən yaxşı ingilis satiriki" olaraq xarakterizə edilir - tərc.) kimi məşhur şairlər qrupuna aid idi. Ben Astrea pastoral təxəllüsü ilə yazıb. Bəzi yazıları ona hüquqi problemlər yaradandan sonra daha çox ədəbi janrda yazmağa və tərcümələr etməyə başlayıb. Stüartlar sülaləsinin sadiq tərəfdarı olan yepiskop Burnetin yeni kral III Vilhelmə qarşılama (salamlama) şeiri yazmaq istəyini rədd edib. Bundan qısa müddət sonra vəfat edib. Yazdığı mətnlərdə qadın cinsiyyətini təhlil edərək romanlar, eləcə də pyeslər aləminə yeniliklər gətirib. O, həm də "Oroonoko" kitabı ilə köləliyə qarşı çıxan ilk müəllifdir.
Yazarın məzarı Şairlər güşəsinə daxil edilməyib, lakin kilsənin pilləkənlərinin yaxınlığındakı Şərq Monastırda yerləşir.
Dünya ədəbiyyatının əvəzolunmaz 7 ingilis qadın yazarı
Şərhlər 0
Şərh Yaz