Azərbaycancaaz
Mir.az » Bloq » Dünya ədəbiyyatının əvəzolunmaz 7 ingilis qadın yazarı

Dünya ədəbiyyatının əvəzolunmaz 7 ingilis qadın yazarı

63
Dünya ədəbiyyatının əvəzolunmaz 7 ingilis qadın yazarı
2. Ceyn Ostin - 16 dekabr 1775-ci ildə Hempşir qraflığında, Stiventonda doğulan yazar təhsilinə 1783-cü ildə Oksfordda başlayıb. Təhsilini Sauzamptonda davam etdirən yazar daha sonra qızlar məktəbində oxuyub. Kənd keşişinin yeddinci uşağı olan yazar öz dövrünə uyğun gözəl təsvirlər və obrazlar yaratdığına görə romanları klassiklər arasında yer almağı bacarıb. 1805-ci ildə atasının ölümündən sonra əvvəlcə Sauzamptona, 1809-cu ildə isə varlı qardaşının yanına köçüb. Yazarın yaşadığı o ev hazırda ev muzeyi kimi fəaliyyət göstərir. Yazar ədəbi fəaliyyətinə 1789-cu ildən başlayıb. İngilis zadəganlarını tənqid edən altı əsas romanı ilə məşhurdur. Ostinin süjetləri tez-tez əlverişli sosial mövqe və iqtisadi azadlıq axtarışında olan qadınların evlilikdən asılılığını araşdırır. Əsərləri XVIII əsrin ikinci yarısının həssas romançılığını tənqid edir və XIX əsr ədəbi realizminə keçidin bir hissəsi hesab olunur. Onun realizmi və sosial şərhləri ilə yanaşı, yüksək ironiyadan istifadə etməsi, ona tənqidçilər və alimlər arasında rəğbət qazandırıb.

Ostin çox sayda tənqidi esse və ədəbi antologiyaya ilham verib. Onun romanları əsasında bir neçə film də çəkilib. XIX əsrdə sosial hadisələrə ironik baxışı və yazdığı güclü qadın obrazları ilə müasir roman dilini yaradan yazar hesab edilir. Heç vaxt evli olmasa da, romanları ən güclü qadın personajların çətin sevgi prosesini təsvir etməsi və nəhayət, sevdiyi insanla evlənməsi ilə bitir.

"Qürur və qərəz" (1811), "Mansfild parkı" (1814), "Emma" (1816) kitablarının nəşri ona inanılmaz uğur gətirsə də bu kitablar anonim nəşr olunduğu üçün həyatı boyu çox az şöhrət qazanıb. Ölümündən sonra iki romanı ("İnandırma" və "Northanger Monastırı" (1818)) nəşr edilib. O, həmçinin əlyazma şəklində olan üç cildlik gənclik yazılarını, qısa epistolyar romanı "Ledi Syuzan"ı və tamamlanmamış "Vatsonlar" romanını da çap etdirmədən vəfat edib.

Ostin ölümündən sonra daha çox status qazanıb. 1833-cü ildə romanları Ferdinand Pikerinq tərəfindən illüstrasiya edilərək Riçard Bentlinin "Standart Romanlar Seriyası"nda yenidən nəşr olunandan sonra reputasiyasında əhəmiyyətli dəyişiklik baş verib. Onun romanları daha geniş rəğbət və populyar oxucu kütləsi qazanıb.

Yazar çox sayda tənqidi esse və ədəbi antologiyaya ilham verib. Onun romanları əsasında bir neçə film də çəkilib. XIX əsrdə sosial hadisələrə ironik baxışı və yazdığı güclü qadın obrazları ilə müasir roman dilini yaradan yazar hesab edilir. Heç vaxt evli olmasa da romanları ən güclü qadın personajların çətin sevgi prosesini təsvir etməsi və nəhayət, sevdiyi insanla evlənməsi ilə bitir.




Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz