3. Meri Şelli - 30 avqust 1797-ci ildə Londonda anadan olub. Atası Uilyam Qodvin siyasi filosof, anası Meri Uolstonkraft isə filosof və qadın haqları müdafiəçisi olub. Anası, o anadan olandan iki həftə sonra öldüyü üçün atası tərəfindən böyüdülüb. Uşaqlığının əsas hissəsini kitab oxumaqla və kiçik hekayələr yazmaqla keçirib. Sonrakı illərdə fantastik qorxu janrında mühüm əsərlər yazan yazar, daha çox qotik romanı "Frankenşteyn" ilə tanınıb. Frankenşteyn fikri Merinin 1816-cı ildə yay ayında gördüyü yuxunun nəticəsində yaranıb. Romanın məşhurlaşmasında İngiltərədə sənaye inqilabının, Con Lokk, Tomas Hobbs kimi mütəfəkkirlərin təsiri az olmayıb. Meri "Frankenşteyn" ilə yanaşı, həm də "Ladore" (digər adı "Gözəl dul") (1835), "Falkner" (1837) və "Sonuncu adam" (1826) kimi romanların da, elmi fantastikanın erkən nümunəsi sayılan "Müasir Prometey" (1818) əsərinin də müəllifidir. O, həmçinin əri, dövrünün romantik şair və filosofu Persi Biş Şellinin əsərlərini redaktə və təbliğ edib.
Özü kimi yazar olan ailəsinin sayəsində ətrafında həmişə çoxlu yazarlar olub. Dünya elmi-fantastik ədəbiyyatına böyük töhfə verəcəyi "Frankenşteyn" əsərinin əsasını yazar dostları ilə oturub-duraraq qoyub. O, elə həyat yoldaşı ilə də belə tanış olub. 16 yaşında atasının tez-tez qonağı olan Persi Biş Şelli ilə sevgili olub və onunla birlikdə Fransaya qaçıb.
Yazar 1 fevral 1851-ci ildə vəfat edib. 51 yaşında vəfat edənə qədər romantik əsərləri ilə həm elmi fantastikanın, həm də ədəbiyyatın ən məşhur qadın yazarlarından biri olub.
Dünya ədəbiyyatının əvəzolunmaz 7 ingilis qadın yazarı
Şərhlər 0
Şərh Yaz