5. Virciniya Vulf - 25 yanvar 1882-ci ildə andan olub. XX əsr ingilis ədəbiyyatında iz buraxan mühüm qadın yazarlardan biri hesab edilir. Vulf Londonun Cənubi Kensinqton şəhərində varlı ailədə, modernist rəssam Vanessa Bellin də daxil olduğu səkkiz nəfərlik qarışıq ailədə Culi Prinsep Cekson və Lesli Stivenin yeddinci övladı olaraq doğulub. O, gənc yaşlarında ingilis klassikləri və Viktoriya ədəbiyyatı üzrə evdə təhsil alıb. 1897-ci ildən 1901-ci ilə qədər London Kral Kollecinin Xanımlar Departamentində oxuyub, orada klassiklər və tarixi öyrənib, qadın hüquqları hərəkatı ilə əlaqədə olub.
Atasının ruhlandırdığı Vulf 1900-cü ildə peşəkar şəkildə yazmağa başlayıb. 1904-cü ildə atasının ölümündən sonra Stiven ailəsi Kensinqtondan Blumsberiyə köçür və burada qardaşların intellektual dostları ilə birlikdə bədii və ədəbi Blumsberi qrupunu yaradırlar. 1912-ci ildə o, Leonord Vulfla evlənir və 1917-ci ildə cütlük onun əsərlərinin çoxunu nəşr etdirən "Hoqart Press" Nəşriyyatını qurur. Onlar Sasseksdə bir ev icarəyə götürürlər və 1940-cı ildə daimi olaraq oraya köçürlər. Vulf, kitablarını onların qurduğu nəşriyyatda nəşr etdirən Vita Sakvil-Vest də daxil olmaqla qadınlarla romantik münasibətlər qurub. Hər iki qadın yazarın ədəbiyyatı Vulfun ölümünə qədər davam edən münasibətlərindən ilham alıb.
V.Vulf modernizm ədəbi cərəyanının qurucularından biri hesab olunur. Adı Ceyms Coys, Frans Kafka, Marsel Prust, Uilyam Folkner kimi yazarlarla bir sırada çəkilir. "Missis Dellouy" əsərində də Ceyms Coysun "Uliss" əsərində olduğu kimi bir .qadının bir günlük həyatından bəhs edilir. Bu əsər modernizm axınının ən bariz nümunələrindən sayılır. Virciniya Vulfun demək olar ki, bütün romanları müasir roman janrının ən bariz nümunələri sayıla bilər. "Özünə aid bir otaq"ı isə bu sıralamaya daxil etmək olmaz.
"Özünə aid bir otaq" feminizm hərəkatının klassik əsəri olaraq qəbul edilir. Sadə, axıcı dillə yazılıb. Vulf qadınlara səslənərək belə deyib: "Pul qazanın, özünüzə bir otaq və boş zaman ayırın. Və yazın, kişilər nə deyər deyə düşünmədən yazın".
Virciniya Vulf ömrü boyu gündəliklər yazıb, gündəlik yazmağı yalnız xəstəlik zamanı dayandırıb. Onun gündəlikləri 4 cilddə nəşr olunub.
İkinci Dünya müharibəsindən sonra Virciniya Vulf Böyük Britaniyada demək olar ki, unudulur. Hətta çap olunan kitablarının üzərinə də "Lesli Stivenin qızı, Leonard Vulfun həyat yoldaşı" kimi patriarxal damğa yapışdırılır. Lakin 70-ci illərdə isə feminist hərəkatının geniş təşəkkül tapması ilə Virciniya Vulfun yenidən doğuşu başlayıb. O, XX əsr Britaniya və dünya ədəbiyyatının simasını dəyişən böyük şəxsiyyət kimi həqiqi qiymətini alıb.
İkinci Dünya müharibəsi illərdinə "Pərdələr arasında" romanını yazarkən yazarlıq qabiliyyətini itirdiyini düşünməsi və müharibə qorxusu onun ciblərini daşla doldurub çaya atılaraq intihar etməsinə səbəb olub.
Dünya ədəbiyyatının əvəzolunmaz 7 ingilis qadın yazarı
Şərhlər 0
Şərh Yaz