Azərbaycancaaz
Mir.az » Dərslik » İstilik sisteminin quraşdırılması - PDF

İstilik sisteminin quraşdırılması - PDF

İstilik sisteminin quraşdırılması - PDF
  • Reytinq: 1
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Müasir dövr yüksək texnologiyalar əsridir. Bu insanların yaşam tərzinin dəyişdirilməsində də özünü qabarıq şəkildə göstərir. Müasir insan daha komfortlu, daha rahat şəraitdə yaşamaq istəyir. İnsanlarda bu rahatlığı, qışın soyuq aylarında mənzilləri istiliklə təmin edən istilik təchizatı sistemləri yerinə yetirir. Müasir istilik təchizatı sistemləri, çox mürəkkəb və həmişə qayğı tələb edən bir mühəndis qurğusudur. Belə mühəndis qurğuların quraşdırmaq, idarə etmək və həm də lazım gəldikdə qulluq etmək üçün mütəxəssislərə həmişə ehtiyac duyulur. Məhz belə mütəxəssislər peşə təhsili sahəsində hazırlanır ki, onlara da peşələrinə tam yiyələnmələri üçün həm nəzəri, həm də təcrübi biliklərə yiyələnmək lazım gəlir. Tərtib olunmuş bu dərs vəsaiti peşə təhsilində oxuyan tələbələr üçün nəzərdə tutulmuşdur. Dərs vəsaitində, tələbələr üçün həm nəzəri biliklər, həm də müxtəlif quraşdırma və təmir işlərinin yerinə yetirilməsi yolları göstərilmişdir. Dərslik mümkün qədər sadə dildə tərtib olunmuşdur.

Birinci təlim nəticəsində, istilik sistemlərinin təyinatı haqqında məlumat, xarici istilik xətlərinin çəkilməsi üsulları, mərkəzləşdirilmiş istilik sistemləri, avtonom istilik sistemləri, qazanxana qurğuları, avtonom qazanlar onların quraşdırılması haqqında nəzəri biliklər və quraşdırılma üsulları göstərilmişdir. İkinci təlim nəticəsində isə tələbələr artıq təbii, süni və mənzildaxili istilik sistemlərinin quraşdırılması
yollarını öyrənir.

Sonuncu, üçüncü təlim nəticəsində tələbələr, zirzəmi və çardaqlarda magistral istilik xətlərini quraşdırmağı, dayaq xətlərini quraşdırmağı, qızdırıcı cihazların növləri və dayaq xəttinə quraşdırılmasını, quraşdırmadan sonra sınaq və təmir işlərini yerinə yetirməyi öyrənir.
İstilik sisteminin quraşdırılması - PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar