Azərbaycancaaz
Mir.az » Kitablar » Fəxrəddin Qasımoğlu "On ikiyə işləmiş" PDF

Fəxrəddin Qasımoğlu "On ikiyə işləmiş" PDF

Fəxrəddin Qasımoğlu "On ikiyə işləmiş" PDF
  • Reytinq: 191
  • Şərhlər: 16
Populyarlıq 99% 99%


Diqqət Çəkənlər

Hörmətli oxucu. Müəllif kimi bu sizinlə ikinci görüşümdür. Sizə təqdim etdiyim «On ikiyə işləmiş» adlı romanım da detektiv janrında yazılıb. Roman, polis əməkdaşlarının cinayətkarlığa qarşı mübarizəsindən, onların istefaya çıxdıqdan sonra da hə-yatlarını həsr etdikləri bu yolda əqidələrinə sadiq qalaraq mübarizə aparmalarından bəhs edir.
Romanın süjet xətti biri otuz il əvvəl, digəri isə yenicə törə-dilmiş iki qətl hadisəsinin paralel olaraq araşdırılması üzərində qurulmuşdur. Əsərin baş qəhrəmanı, mayor rütbəsində istefaya çıxdıqdan sonra fəaliyyətini detektiv kimi davam etdirən peşə¬kar polis zabiti Bəxtiyar Nəzərlinin bu araşdırmalar zamanı hər iki cinayətin açılması istiqamətində istifadə etdiyi üsullar, düşünürəm ki, oxucu üçün olduqca maraqlı olacaqdır. Onun psixoloji və məntiqə söykənən gedişlərinin həm səbəbləri, həm də nəticələri bir çox hallarda əsərin son unadək oxucu üçün müəmma olaraq qalır ki, bu da əsəri daha maraqlı etməyə xidmət edir.
Əsərin məzmununda yer verdiyim əsas qayəm isə onun tərbiyəvi tərəfidir.
Polis sıralarında xidmət etməyin şərəfli olmaqla yanaşı, nə qədər maraqlı olmasını da gənc nəslə təlqin etməklə, eyni zamanda cinayətkarların xislətlərini də onlar üçün bir daha açıqlamağa çalışmışam. Əsər boyu nümunələr gətirdiyim xəya-nətlər, qəddarlıqlar qətiyyən mübaliğə deyil. Bu, cinayətkarların yaşam tərzidir və mən də bunu olduğu kimi göstərməyə çalış-mışam.
Əsər bundan əvvəl sizlərə təqdim etdiyim, eyni janrda yazılmış «Son gecə» romanının davamı kimi də, ayrıca bir roman kimi də oxuna bilər. Ancaq səmimi olaraq bildirirəm ki, «Son gecə»ni oxuyaraq əsərin baş qəhrəmanını sevmiş və sonrakı hadisələrin davamının necə cərəyan edəcəyini, peşəkar polis zabitinin daha hansı cinayətləri açacağını səbirsizliklə gözləyən oxucularım üçün bu kitab daha maraqlı olacaqdır. Bunu, mənə ünvanlanmış çoxsaylı oxucu rəylərinə və onların kitabın ikinci hissəsi barədə verdikləri suallara əsasən deyirəm.
Ümidvaram ki, iki il ərzində ərsəyə gətirdiyim bu roman da sizlər üçün maraqlı olacaqdır. Əvvəlcədən hər bir oxucuma təşəkkürümü bildirirəm. Qismət olarsa, növbəti kitabımın «Ön sözü»ndə yenə görüşərik.
Fəxrəddin Qasımoğlu "On ikiyə işləmiş" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 16

Şərh Yaz
  1. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq
    Salam. Növbəti kitabımi sizlərə təqdim.edirəm. Müəllif olaraq hər bir oxucunun rəyi mənimçün maraqlı olacaqdır. Rəylərinizi əsirgəməyin ki, səhvlərim varsa görə bilim. Xoş mütaliələr.
  2. Zamin Muslumov
    Zamin Muslumov
    Premium
    Salam fəxrəddin müəllim. Hazırda oxuyuram. Həyəndiyim azsayda detektivlərdəndi. Yaradıcıllığınızda uğurlar arzulayıram.
  3. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq
    Sağ olun, Zamin müəllim. Bu kitablar məndə seriyadır. İnşallah davamı olacaq yenə. 3 hissədir.

  4. Qonaq Nilufer
    Qonaq Nilufer
    Qonaq
    Əsər çıx gözəldir,Dedektiv sevən hər bir kəsə tövsiyə edirəm, insan kitabı oxuduqca,sanki sirli bir dünyaya gedir, düyünlü hadisələrin açılması da dərin zəkaya sahib defektivin nə qədər uğurlu iş gördüyündən xəbər verir.Burda yəqin ki yaziçimizin hüquq mühafizə orqaninda işləməyin də xüsusi rolu var. Uğurlar..Yeni əsərinizi səbirsizliklə gözləyirik
  5. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq
    Təşəkkur edirəm Qonaq Nilufər xanım. Çalışaram ilin sonuna qədər daha bir sirli dünyaya qonaq olasız.
  6. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq
    Məlumat üçün bildirim ki, əsərin 1-ci hissəsi olan " Son gecə " romanı da bu saytda var. Axtarış verib asanlıqla tapa bilərsiz.
  7. Gülayə Hacıyeva
    Gülayə Hacıyeva
    Qonaq
    Əsıəriniz digər kitabınız kimi yenə çox maraqlı,həyəcanvericidir.Kitabıı.oxuduğum andan bir an belə yerə qoymaq istəmədən bitirməyə çalışdım.Bizlərə belə bir maraqlı kitab yazdığınız üçün var olun.Yeni əssərlərini oxumaq ümidi ilə.....
  8. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq

    Təşəkkür edirəm.

  9. Rolane
    Rolane
    Oxucu

    1ci kitabdan daha da çox həyəvanverici və süjet xetti maraqlı  idi. Sonda sual gözləyirdim. 

    Uğurlarınız bol olsun

  10. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq

    Təşəkkür. 


  11. Rehimova Medine
    Rehimova Medine
    Şərhçi

    Fəxrəddin bəy, çox bəyəndim, uğurlarınız bol olsun. Davamlı olsun. Detalları xırdalığına qədər verməniz və psixoloji nöqteyi-nəzərdən əsər maraqlıdı. 

  12. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq

    Təşəkkür. Heyif ki, heç də hamı sizin kimi fikir bildirmir.Müəllif üçün oxucu rəyi çox vacibdir.  Bu yaxında 3-cü hissənin təqdimat mərasimi olacaq. İstəsəniz dəvətlisiniz.

  13. Zamin Muslumov
    Zamin Muslumov
    Premium

    salam cənab polkovnik. Hər iki kitabınızı çox bəyənmişəm  İnşallah son kitabınızı da oxuyacam. Uğurlar arzulayıram. Yaxınlarda son kitabın elektron formada paylaşılmağı nəzərdə tutulubmu?

  14. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq

    Salam Zamin müəllim. Təşəkkür edirəm. Bir qədər satışda olduqdan sonra paylaşacam. Buradakı oxucularım da mənimçün dəyərlidilar.

  15. Fuad Məmmədli
    Fuad Məmmədli
    Şərhçi

    Cox maraqla ve  hevesle oxudugum eserin novbeti kitabi...eser cox gozel hem psixioloji izahiyla hemde polis beyniyle duşunceleriyle yazilmiş eserdir. Ardi gelsin👍


  16. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq
    Təşəkkür Fuad müəllim. 3-cü hissəni yüklədim. Buyurub oxuya bilərsiz. Rəy yazan oxucularıma münasibətim bir basqadır. Fərqi yoxdu, müsbət, ya mənfi rəy.

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar