Azərbaycancaaz
Mir.az » Kitablar » Elfrida Yelinek "Pianoçu" PDF

Elfrida Yelinek "Pianoçu" PDF

Elfrida Yelinek "Pianoçu" PDF
  • Reytinq: 1
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

1983-cü ildə yazılan “Pianoçu” romanı cinsi və emosional təzyiqə məruz qalmış uğursuz piano müəllimi Erika Kohutun həyat hekayəsidir. Müəllifin şəxsi həyatı ilə bağlı çoxsaylı motivlər əsərdə öz əksini tapdığı üçün bu romanı onun avtobioqrafiyası da hesab edirlər. Ona görə də təhlili yazıçının həyatı ilə birgə aparsaq daha yaxşı olar.

Hadisələr Vyanada cərəyan edir. Əsəri iki hissəyə bölə bilərik: birinci hissədə qəhrəmanımızın həyatı, uşaqlığı haqqında məlumatlarla tanış olur, Erikanı tanıyırıq. İkinci hissədə isə tələbəsi ilə yaşadığı münasibət, atasının ruhi xəstəxanada dünyasını dəyişməsi və bu hadisələrin Erika üzərində yaratdığı təsir təsvir olunur.

Əsərdə Erika Kohut olaraq öz prototipini yaradan yazıçı seksual azadlıq, cinslərarası münasibətlər, zorakılıq kimi mövzulara geniş yer verib. Erika 36 yaşlı piano müəlliməsidir, Vyana Konservatoriyasında dərs deyir, despot, geri fikirli anası ilə birgə yaşayır. Ətraf mühitdən təcrid olunan, sərt qadağalarla yaşamağa məcbur edilən Erika içində vulkan yatan vəhşiyə, soyuqqanlı insana çevrilir. Anası təklikdən o qədər qorxur ki, Erikanın atası ruhi xəstəxanaya yerləşdirildikdən sonra qızını atasının yatağında yatmağa məcbur edir. Qızının ailə qurmasına mane olan ana onun pis geyinməsinə, kişilərdən uzaq durmasına, hər an nəzarəti altında olmasına çalşır. Bununla bir növ özünə təsəlli vermiş olur. Erikanın etirazı mübahisə əlbəyaxa dava, ah-nalə ilə bitir. Zorla qızını məşhur pianoçu etmək istəyən eqoist ana sanki qızını deyil, şöhrətpərəstliyi özünə övlad edib. Təbii ki Erika heç vaxt məşhur pianoçu ola bilmədi. Təkcə iş həyatında deyil, hər mənada uğursuz, bədbəxt qadına çevrildi. Əgər insan bu günündə xoşbəxt deyilsə, ya keçmişin tozlu xatirələri ilə ovunur, ya da xoşbəxt gələcəyin ümidi ilə yaşayır. Axı Erika hər ikisindən məhrum idi, keçmişin xatirələri ona sevinc bəxş etmir, əksinə həyata nifrətini daha da artırırdı. Gələcək isə xoş heç nə vəd etmirdi.

İnsan sahib olduqları qədərdir. Erika isə qadağalardan başqa heç nəyə sahib deyildi.
Elfrida Yelinek "Pianoçu" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar