Azərbaycancaaz
Mir.az » Kitablar » Kim Young Ha “Bir Qatilin Gündəliyi” PDF

Kim Young Ha “Bir Qatilin Gündəliyi” PDF

Kim Young Ha  “Bir Qatilin Gündəliyi” PDF
  • Reytinq: 37
  • Şərhlər: 1
Populyarlıq 59% 59%


Diqqət Çəkənlər

Əsərin baş qəhrəmanı köhnə seriyalı qatillərdəndir - Axrıncı dəfə 40 yaşlarında cinayət işləyən, sonralar sadə, dürüst insan həyatına addımlamış Byıonğsu Gim. Yaşadığı bölgədə birdən-birə yeni bir seriyalı qatilin peyda olması ilə təlaşlanmağa başlayır. Çünki cinayətkarın hədəfindəki qadınlardan biri məhz onun qızı ola bilər.

• Qızını fiziki, psixoloji baxımdan təhlükələrə hazırlamaq, müdafiə etmək planları qurduğu bir anda gözləmədiyi reallıqla sarsılır : Qoca Alzheymer xəstəsidir. Aqressiv gedişli xəstəlik hər gün onun zehnindən bir parçanı söküb alır.

Əsər Şərq klassiklərinin əksəriyyətinin sahib olduğu xüsusiyyətə malikdir : Sadə, bəsit cümlələr, ancaq ağır mənalar, dərin hekayə. Hekayənin qəhrəmanı bir anti - qəhrəmandır, sayısız-hesabsız cinayətlər törətmiş qəddar qatildir. Buna rəğmən ona bir nöqtədə empatiya qurmaq, onu bağışlamaq olarmı ? Peşmanlıqlar, basdırılmış qəzəb, kədər kimi duyğular üçün çox gecdir ? Ya xəstəlik bütün xatirələri parçalamadan öncə son dəfə nəsə etmək olar ?

"Qorxulacaq şey pislik deyil, zamandır. Çünki ona qalib gələbiləcək kimsə yoxdur".

Qeyd: Əsər əsasında 2017-ci ildə eyniadlı film - "Memoir of a Murderer" çəkilmişdir. Rejissor Won Shin-yunun proyekti 7.2 İMDB xalı ilə 19.5 milyon dollar gəlir əldə etmişdir.
Kim Young Ha “Bir Qatilin Gündəliyi” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 1

Şərh Yaz
  1. İnci İbrahimzadə
    İnci İbrahimzadə
    Oxucu
    Çox yaxşı kitabdır !

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar