Azərbaycancaaz
Mir.az » Kitablar » Dilbər Axundzadə "Müşfiqli Günlərim" PDF

Dilbər Axundzadə "Müşfiqli Günlərim" PDF

Dilbər Axundzadə "Müşfiqli Günlərim" PDF
  • Reytinq: 6
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Əziz oxucu, Dilbər Axundzadənin «Müşfiqli günlərim» xatirə əsərini heç bir nöqtə-vergülünə toxunmadan transliterasiya edərək sizin ixtiyarınıza veririk. Bəri başdan qeyd edirik ki, əsər Sovet dövrünün «qəddar və kəskin» təbliğatı ruhunda yazılıb. Çox güman cavan nəslin nümayəndələri əsərin bəzi yerlərini oxuyub «şoka» da düsəcəklər. Əsəri sovet təbliğatı əlamətlərindən təmizləmək üçün «senzura» da etmək olardı.
Amma biz əsəri olduğu kimi sizin ixtiyarınıza veririk ki, o dövrün ab-havasını, təbliğat yönünü, saxta beynəlmiləlçiliyini özünüz hiss edəsiniz. İndiki dövrdən baxanda «Müşfiqli günlərim» əsəri pafosdan da əskik deyil, bəzən sənə elə gəlir ki, «xatirələr» deyil, 37-ci ilin Sovet qəzetini oxuyursan. Bununla belə əminik ki, diqqətli oxucu əsərdə həddən artıq maraqlı məqamlara rast gələcək. İllah da ki, müəllif Azərbaycanın ən görkəmli səxsiyyətlərindən biri olmus sairimizin cəmi 10 illik, «dağ uçqunu kimi dağıdıcı gücə malik» yaradıcılığını çox gözəl diqqətə çatdırıb. Əsərin hər bir səhifəsində Müşfiqin həyat sevgisi özünün dediyi kimi hiss olunur:

Ah, mən gündən-günə bu gözəlləşən,
İşıqlı dünyadan neçə əl çəkim!
Bu yerlə çarpısan, göylə əlləşən,
Dostdan, aşinadan necə əl çəkim!

Əsərin bir maraqlı cəhəti də budur ki, Dilbər Axundzadə xatirələr içərisində də xatirələrə yer ayırıb, bu da o dövr üçün az xarakterikdir, əsərdə Müşfiqi yaxından tanıyan bir çox insanların da xatirələrindən söz açılır...
Dilbər Axundzadə "Müşfiqli Günlərim" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar