Azərbaycancaaz
Mir.az » Kitablar » Anar Bayramov "Biznes idarəçiliyi" PDF

Anar Bayramov "Biznes idarəçiliyi" PDF

Anar Bayramov "Biznes idarəçiliyi" PDF
  • Reytinq: 9
  • Şərhlər: 4
Populyarlıq 67% 67%


Diqqət Çəkənlər

Əziz dost!
3-cü kitabımı sizə təqdim edirəm. Bundan əvvəl 2011-ci ildə “Biznes və menecmentin əsasları”, 2015-ci ildə isə “Biznes nə istəyir?” kitabı ilə görüşünüzə gəlmişdim. Həmin kitablarda da biznesin idarə olunmasına xüsusi yer verilsə də, qərara aldım ki, sırf idarəçilikdən bəhs edən kitabımız olsun.
Kitab “Biznes idarəçiliyi - Anar Bayramov ilə” adlanır. Adın bu cür seçilməsi onunla bağlıdır ki, biznesin idarə olunması mənim baxış bucağımdan təqdim olunur.
Kitabda “idarəetmə” deyil, əsasən “idarəçilik” sözündən istifadə olunur. Bu, onunla bağlıdır ki, bir peşə, məslək adı olaraq “idarəçilik”! daha uyğun hesab edirəm. Amma bütün hallarda “idarəetmə" də doğrudur və o cür də istifadə oluna bilər.
Kitabda idarəçilik təcrübəmdə rastlaşdığım, effektivliyinə inandığım idarəçilik texnikalarını, alətlərini sizinlə bölüşürəm.
Kitab biznesdə çalışan menecerlər, sahibkarlar, bu sahə ilə maraqlanan hər kəs üçün nəzərdə tutulmuşdur.
Kitab ümumilikdə 9 fəsildən ibarətdir.
Kitabın strukturuna nəzər salsaq, 1-ci fəsil giriş əhəmiyyəti daşıyır. İdarəçilik haqda ümumi məlumatlar təqdim olunur. “Yaxşı idarəçilik necə olur?” sualına ümumi olaraq cavab axtarılır.
“Menecerin işi” adlanan 2-ci fəsildə isə “idarəçi necə olmalıdır?”, “idarəçidən nə tələb olunur?” suallarına cavab axtarılır.
3-cü fəsil liderlik, motivasiya, ideal iş mühiti yartamaqdan bəhs edir. Motivasiyanın kökü, iş mühitinin yaxşılaşdırılmasına sistemli yanaşma söhbət mövzusudur.
Anar Bayramov "Biznes idarəçiliyi" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 4

Şərh Yaz
  1. Qonaq Aynur
    Qonaq Aynur
    Qonaq
    Qeydiyyatdan keçdikdən sonra kitablar pul ilə satılır?
    1. Ulubay
      Ulubay
      Oxucu
      Xeyr. Qeydiyyatdan keçdikdən sonra ödənişsiz endirirsiz.
  2. Aysu Rəhmətova
    Aysu Rəhmətova
    Oxucu

    Kitabları necə oxuyaq?


  3. Rəşad Həsənov_4
    Rəşad Həsənov_4
    Oxucu
    Kitabları endirmək olmur

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar