Azərbaycancaaz
Mir.az » Kitablar » Allahverən Nəzərov "Talış folkloru və bəzi leksik vahidlərin izahı" PDF

Allahverən Nəzərov "Talış folkloru və bəzi leksik vahidlərin izahı" PDF

Allahverən Nəzərov "Talış folkloru və bəzi leksik vahidlərin izahı" PDF
  • Reytinq: 0
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Oxuculara təqdim edilən bu kitab talış folklorunun atalar sözləri, talış xalqının milli adət-ənənələri və habelə talış dilində bəzi leksik vahidlərin izahını əks etdirir.
Talış mədəniyyəti Ana yurdumuz Azərbaycan mədəniyyətinin tərkib hissəsi olaraq diqqəti həmişə cəlb edir. Talış xalqı ölkənin milli-mənəvi dəyərlərini zənginləşdirən, onu daima uca tutan, şərəf və bütövlüyünü qoruyan qiymətli sərvət olaraq qalır.
Talış xalqının söz sərvətini, qiymətli deyimlərini, fəlsəfi düşüncələrini Azərbaycanın qədim söz sənətindən ayırmaq, onsuz təhlil etmək mümkün deyil. “Atalar sözləri”, “Laylalar”, “Bayatılar”, “Dastanlar”, “Əmək nəğmələri” və s. ciddi məntiqə söykənmiş deyimlər bu xalqın varlığının tarixdə yaşamasını təsdiq edən “pasportu” dur.
Bu sənət əsərləri - minilliklərin sınağından çıxan bu “söz tabloları” talışların yaşaması üçün digər xalqların cərgəsində yer tutmaq üçün həmişə tribuna olaraq qalır.
Hər bir xalqda olduğu kimi, talış xalqında da mərasim və bayramlar milli identifikasiya sisteminin təməl elementləridir. Bunların folklorşünaslıq baxımından öyrənilməsi milli düşüncənin tarixi strukturunu və müasir dövrdəki funksionallığını müəyyənləşdirən etnopsixoloji düşüncə sistemini bərpa etməyə imkan verir. Bunlar mədəniyyətin ən yüksək formasıdır. Bu mədəniyyətə sahib olmayan xalqlar milli varlıqlarını qoruya bilməmişlər. Bu mədəniyyətin və ənənənin qorunmasını isə folklor yaddaşı, xalqın mənəvi bütövlüyünü təşkil edən ehtiyatlar təmin edir. Bu mənada folklor və xalq birbirinə sıx surətdə bağlıdır.
Tədqiqatçı Allahverən Nəzərovun apardığı araşdırmalar, yazdığı kitablar talışalrın yeni yetişən nəsilləri üçün ən gözəl ərməğandır.
Müəllifin bu kitabda qeydə aldığı talış dilində olan atalar sözləri, talış folklorunun antologiyası və talış dilində olan bəzi sözlərin izahıından ibarət olan yeni kitabı, bu səpkidə olan bəlkə də deyərdim ki, sonuncu kitablar sırasındadır. Buna baxmayaraq, talış folkloru hələ də tam şəkildə araşdırılıb tədqiq edilməmişdir. Allahverən Nəzərovun uzun illər dil-ədəbiyyat müəllimi işləməsi ona geniş imkan vermişdir ki, o, talış dili üzrə də öz araşdırmalarını inkişaf etdirsin və hazırda talış dili üzrə gedən müzakirələrə öz münasibətini bildirsin.
Allahverən Nəzərova bu uğurlu yolda yorulmadan daha səylə çalışmağı arzu edirəm.
Allahverən Nəzərov "Talış folkloru və bəzi leksik vahidlərin izahı" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar