Eric Ambler "Dimitrios Maskası" PDF
İngilis Universitetində müəllim olan Latimer eyni zamanda uğurlu detektiv romanlar müəllifidir. Romanlarına ara verdiyi və narahat olduğu bir dövrdə fərqli bir yer görmək məqsədi ilə İstanbula gəlir. Təsadüfən tanış olduğu Polkovnik Hakkıdan Dimitrios adlı beynəlxalq bir cinayətkarın hekayəsini eşidəndə mövzu ilə maraqlanır. Polkovnik Hakkı Dimitriosun öldüyünü, cəsədinin Boğazın sularından çıxarıldığını, adının İzmirdən Parisə qədər bütün polis qeydlərindən silindiyini söyləyir. Latimerin Dimitriosun polis qeydlərində tapdığı boşluqlar onun marağını artıranda, əlinə real həyata əsaslanan bir roman yazmaq üçün fürsət keçdiyini düşünür. Araşdırmalarına İzmirdə başlayan Latimer həm qatil, həm də suiqəsdçi, şantajçı, casus və narkotik qaçaqmalçısı olan Dimitriosun həyatının qaranlıq tərəflərini tapmağa çalışır. Halbuki həqiqət heç də Polkovnik Hakkının danışdığı kimi deyil. Eric Ambler'in 1939-cu ildə yazdığı bu roman, İkinci Dünya Müharibəsi öncəsi Türkiyəsində hakim olan bulanıq ab-havanı fövqəladə bir realizmlə təsvir edir. Bir tərəfdən Peranın parlaq gecə həyatı və otelləri, digər tərəfdən qaranlıq yeraltı dünyası, İstanbulun kosmopolit əhalisi ətraflı şəkildə tanıdılır. "Dimitriosun Maskası" bir gərginlik hekayəsini işləməklə yanaşı, günümüzdə də bir barıt çəlləyi olmaqdan çıxa bilməmiş Balkan ölkələri haqqında bu günə qədər yazılmış ən maraqlı romanlardan biridir.
Şərhlər 1
Şərh Yaz