İltifat Saleh "" PDF
Əyancılıq illərimdən dünya klassiklərinin ələməyə düşən fəlsəfi kitablarını, poetik düşüncələrini oxumağa, məntiqi fikirləri dərk etməyə çalışmışam. Bu əsərlərdə müəlliflərin dünyaya poetik baxışlarını öyrəməyə səy etmişəm. Elə olub ki, həyatda gördüklərimi, duyduqlarımı, dərk edə bildiklərimi misralara çevirib yazmışam. Və nəticədə “Fikrin işığı” kitabı yaranmışdır. Həmin fikirlərin 1969-1990-cı illərə aid hissəsini “Səvəi akkordları” kitabımda (2001-ci il) nəşr etdirmişəm. Belə poetik fikirləri indiyə kimi səbrlə, misra-misra, tələsmədən yazmışam. Ürəyimin bu quru çağında “Fikrin işığı” poetik deyimləri bütövlükdə kitab halında oxuculara çatdırmağı arzuladım. Buradakı hər fikir qəlbimdən qopan səsdir, haraydır, dünyaya, insanlara məhəbbətdir. Bu kövrək, bəzən uzun, bəzən qısa misralardan ibarət fikirləri, ağrıları duymaq üçün yazanda onların ruhuna üzümü kökləməyə çalışmışam. Köklənmək insanı fikrə, hadisəyə doğmalaşdırır, o fikri üzününkü edir. Mən bu fikirlərə köklənə bilməsəydim, onları dərk edə bilməzdim, yaza bilməzdim. Bu fikirlərdə yaşaya bilmişəmsə, buna görə YARADANA həmişə səcdədəyəm. Çünki ALLAH bu NURU mənim qəlbimə bəxş etməsəydi, “Fikrin işığı” kitabı yarana bilməzdi.
İltifat Saleh "" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Şərhlər 0
Şərh Yaz