Əfqan Nəsirli "Pələng ovu" PDF
Əfqan Nəsirlini 17 ildir ki, tanıyıram. Gözəl ziyalı, yazı-pozu adamı olduğunu bilirdim. Onu da bilirdim ki, Əfqan həm də dənizdə, daha doğrusu neft sahəsində çalışır. Lakin heç vaxt yaradıcılığına - əsərlərinə rast gəlməmişdim.
Bu günlərdə Əfqan Nəsirlinin çapa hazırlanan "Pələng ovu" kitabı əlimə düşdü. Qərara aldım ki, adı çəkilən kitab barədə ürək sözlərimi yazım. Bəlkə də ədəbiyyatçı olmadığımdan bu işin öhdəsindən layiqincə gələ bilməyəcəm. Hər halda çalışacam ki, kitabdakıları qiymətləndirim.
"Pələng ovu" kitabında Əfqan Nəsirlinin əsasən son dövrlərdə qələmə aldığı hekayələri və ürəyinin süzgəcindən keçirib nizamla sətirlərə hopdurduğu şeirləri yer almışdır.
Öncə onu deyim ki, Əfqan Nəsirli sazın-sözün qədrini bilən bir insandır. Başqa cür ola da bilməzdi, çünki o, Tovuz rayonunun Azaflı kəndində dünyaya göz açıb. Beşikdə ikən sazın ecazkar havaları ona layla çalıb.
Şərhlər 0
Şərh Yaz