Ülviyyə Tahir "Şeytanın missiyası" PDF
Bakı ... Bütün meqapolislər kimi neçə min təbəqədən ibarətdir. Sən onun dibinə baĢ vurmağa cəhd etmə! Onun dərinliyini bilməyəcəksən. Bu Ģəhərin də oğruları, kiçik və böyük cinayətkarları, bəzən cinayətkarlardan heç də geri qalmayan qanuni qanunpozan məmurları zahirdən parlaq, lakin içəridən dağılan möhtəĢəm ailə holdinqləri var. Qarabağ müharibəsindən sonra əhalisi daha da alabəzəkləĢən Bakı bəlkə də dünyanın heç bir yerində anoloqu olmayan bir yaĢama qədəm basdı. Bu yaĢama yamaq adını versək daha doğru olar. Avropa ilə Asiya arasında can çəkiĢən bu Ģəhər öz müvəqqəti immiqrantlarına- vətəndən vətənə qaçmıĢlara yarıkönül qucaq açsa da, tədricən onlarla yaĢamağa alıĢdı. Bakıya vurulmuĢ bu yamaq dəbə uyğun olsa da kobud və etinasız vurulmuĢ tikiĢlər onun hələ də yamaq olduğunu kimlərəsə xatırladırdı. Universitet yataqxanalarında daha tələbədən çox Qərbi Azərbaycandan gəlmə qaçqınlara rast gəlmək təbii qarĢılanırdı.
Şərhlər 0
Şərh Yaz