Elşad Barat “İkinci ömür” PDF
Bu kitab Azərbaycan poeziyasında özünəməxsus yeri olan şair Çərkəz Məcidin həyat və yaradıcılığından bəhs edən, geniş araşdırmalar aparılaraq onun haqqında yazılmış ilk kitabdır. Tarixi şəxsiyyətlərimizi qorumaq, onlar haqqında araşdırmalar etmək, həyat və fəaliyyətlərindən bəhs edən dolğun informasiya mənbələri kimi kitablar yazmaq, tədbirlər təşkil etmək bu günün insanının milli-mənəvi dəyərlər qarşısındakı borcudur. Çünki hər bir xalq ilk olaraq onun tarixi şəxsiyyətləri ilə tanınır. 1937-ci ilin yazında ruhani ailəsində dünyaya gələn Çərkəz Məcid də qorumalı və yaşatmalı olduğumuz tarixi şəxsiyyətlərdəndir. Onun bədii yaradıcılığında vətən sevgisi, elə-obaya bağlılıq, insana və insanlığa münasibət, təbiət gözəllikləri, ülvi hisslər, haqq-ədalətə çağırış ön plana çəkilmişdir. Sovet qılıncının hər iki üzünün qanlı vaxtlarında yaşayıb yaratmış Çərkəz Məcid uzun illər təqib və təziqlərə məruz qalmış, lakin öz sözündən və yolundan dönməmişdir. O dövrlərdə onun yazdığı əsərlərin geniş mətbuatda çapına müxtəlif yollarla maneələr yaradılmış, bəzi mətbu orqanlarda isə qadağan edilmişdir. Bu səbəbdən o dövrdə şairin yalnız iki kitabı çap edilmişdir.
Şərhlər 0
Şərh Yaz