Azərbaycancaaz
Mir.az » Kitablar » Cengiz Erdem "Zeno - Filosofun Ölümlü kimi Portreti" PDF

Cengiz Erdem "Zeno - Filosofun Ölümlü kimi Portreti" PDF

Cengiz Erdem "Zeno - Filosofun Ölümlü kimi Portreti" PDF
  • Reytinq: 9
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Daxili partlayışlardan kömək uman qəribə bir düşünmə tərzinin burulğanlarında boğulan fərdin öz yaratdığı labirintdə itməsinin və həlli sevgidə tapmaqla yenidən doğuşunun hekayəsi...

Əlinizdəki bu kitab həyatı kilidlənmiş bir adamın özünü içində tapdığı ruhi və fiziki durumlara qarşı başladığı amansız mübarizəni anladır əziz oxucu.

Özünü içində tapdığı mənasız rutinin pəncəsində qıvrılan bir akademik olan Zeno ona qarşı bir sui-qəsd qurulduğuna əmindir. Ətrafında baş verən hər hadisəni öz beynində qurduğu sui-qəsd nəzəriyyələrinin süzgəcindən keçdikdən sonra görən bu qurban-qəhrəman sanki bir heç kimsə halına gəlmişdir. Bir-birinin ardınca nəşr etdiyi kitablar onu getdikcə daha tənhalaşdırmış, sanki şəffaf bir divar hörmüşdür ətrafına. Eşqdə uğursuz olduğu və həyatda istədiyi nöqtədən çox uzaqda olduğu üçün getdikcə nifrətlə dolmağa başlayır Zeno ətrafına qarşı. Psixoz zühur etmiş, qəhrəmanımız paranoyak ssenarilər ilə doldurmağa çalışır həyatındakı boşluğu. O qədər əhəmiyyətsiz hiss edir ki Zeno özünü, ölmək istəyəcək nöqtəyə gəlmişdir artıq. Bu ssenarilər ona özünü əhəmiyyətli hiss etdirir və ölümü uzaq tutur həyatından. Lakin çox keçmədən yaşayanların da bir ölü ola biləcəyini, ölümün yalnız fiziki ölüm mənasına gələ biləcəyini dərk edəcəkdir Zeno.

Kitab depressiyadan psixoza oradan da yenidən doğuşa keçid prosesini anlatdığı üçün zirvə nöqtəsinə qəhrəmanımızın psixik intiharı ilə çatır. Alter-egosunu məhv edən qəhrəmanımız köhnə mənliyini geridə buraxıb yeni bir mənliklə yenidən doğulmağa hazırdır artıq...

Cengiz Erdem "Zeno - Filosofun Ölümlü kimi Portreti" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz