Azərbaycancaaz
Mir.az » Kitablar » Udincə-Azərbaycanca-Rusca Lüğət PDF

Udincə-Azərbaycanca-Rusca Lüğət PDF

Udincə-Azərbaycanca-Rusca Lüğət PDF
  • Reytinq: 1
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

"Udincə-Azərbaycanca-Rusca Lüğət"i vərəqləyən hər kəsdə udinlər kimdir, onların dili nədir və bu lüğəti tərtib etməkdə məqsəd nədir kimi suallar doğa bilər. Belə suallar bizim üçün tamamilə təbii göründüyü üçün onlara qısa cavab verməyə çalışacağıq.

Azərbaycan ərazisində yaşayan udinlər Qafqazın ən qədim etnik qruplarından biridir. Udinlərin sələfləri olan utilər haqqında bizə ilk məlumatı eramızdan əvvəl V əsrdə yaşayan yunan tarixçisi Herodot vermişdir. O, özünün "Tarix" əsərində Marafon döyüşlərinin (e.ə. 490-cı ildə Yunan–İran müharibəsi) təsvirini vermişkən, İran ordusunun XIV satraplığında uti döyüşçülərinin də iştirak etdiyini göstərmişdir. Strabonun, Plini Seçundanın, Klaudi Ptolemeyin, Azini Kvadratın və başqa antik yunan və Roma müəliflərinin əsərlərində də utilər/udinlər haqqında məlumat vardır. Yerə gəlmişkən qeyd edək ki, etnik termin olaraq udin ilk dəfə Plini Seçunda tərəfindən "Təbii tarix" əsərində (eramızın 50-ci illəri) işlədilmişdir. Eramızın V əsrindən etibarən udinlər erməni tarixçilərinin əsərlərində çox tez-tez xatırlanmışlar. Udinlər haqqında Moisey Utin (VII–VIII əsrlər) "Albaniya tarixi" əsərində daha ətraflı məlumat vardır.

Udincə-Azərbaycanca-Rusca Lüğət PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz