Azərbaycancaaz
Mir.az » Kitablar » Günəş Energetikası terminləri lüğəti - PDF

Günəş Energetikası terminləri lüğəti - PDF

Günəş Energetikası terminləri lüğəti - PDF
  • Reytinq: 1
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Təqdim olunan lüğət Günəş Energetikası sahəsində Respublikada XX əsrin 50 – 60 – cı illərindən başlayaraq indiyə qədər davam etdirilən elmi-tədqiqat işlərinin nəticəsində ərsəyə gəlmişdir. Lüğətdən alimlər, elmi işçilər, mühəndislər, aspirantlar, müəllimlər, tələbələr, tərcüməçilər və s. istifadə edə bilərlər.

Günəş energetikası sahəsində ixtisaslaşmış terminlər ümumi lüğətlərdən nadir hallarda tapılır. Yeddi dilli Günəş energetikası terminləri lüğəti fərqlidir və bu sahədə geniş istifadə imkanlarına malik olmaqla yanaşı terminoloji ədəbiyyatda olan əsas boşluğu doldurur. Bu yeddi dilin seçilməsi onunla əlaqədardır ki, günəş energetikası sahəsi dünyanın ən inkişaf etmiş ölkələrində və onların çap etdirdiyi nəşrlərdə daha çox öz əksini tapmışdır. Bu lüğət ixtisaslaşmış ifadələri bir dildən digərinə tərcümə edən, həmçinin başqa dillərdə olan günəş energetikası ilə baglı ədəbiyyatları oxuyub anlamaq istəyən şəxslərə köməklik göstərə bilər. Burada mənaca yaxın olan ifadələr də lüğətə daxil edilib. Bu onunla əlaqədardır ki, eyni məna üçün ümumi olaraq qəbul edilmiş müxtəlif ifadələr mövcuddur və bir ifadə ilə digəri arasında seçim məsələsi tamamilə çaşqınlıq yaradır.

Günəş energetikası terminləri lüğətinin əsas üstünlüklərindən biri ondan ibarətdir ki, yeddi dilin hər birində əlifba sırası ilə axtarılan termin və ya ifadə yanındakı rəqəm vasitəsilə digər altı dilə birbaşa tərcümə olunur.

Günəş energetikası bütün dünya və xüsusən də respublikamız üçün yeni bir sahədir. Buradan başa düşülür ki, belə bir lüğətdə hələ çoxlu çatışmamazlıqlar vardır. Nəzərə almaq lazımdır ki, bu terminoloji lüğət günəş energetikası sahəsində respublikamızda ilk lüğətdir. Oxuculara təqdim olunan lügət hər biri 15000 – ə yaxın termin və ya ifadə olmaqla 2 hissədən ibarətdir. Lüğət günəş energetikası sahəsində məşğul olan elmi işçilər, mütəxəssislər, aspirantlar, tərcüməçilər, eləcə də ali təhsil müəssisələrinin müəllim və tələbələri üçün nəzərdə tutulmuşdur. Müəlliflər əlavələr və düzəlişlər üçün bütün təklifləri səmimiyyətlə qəbul etməyə hazırdır. Ümid edirik ki, bu lüğət müəyyən mənada düzğün terminologiyanı axtaran zaman istifadəçinin vaxt itkisinin azalamasına, şübhələrin aradan qaldırılmasına və uzun axtarışlardan can qurtarmasına yardımçı olacaqdır.

Müəlliflər kitabın ərsəyə gəlməsində göstərdiyi daimi diqqətə və köməkliyə görə Azərbaycan Dillər Universitetinin Ümumi şöbəsinin rəhbəri Əliyeva Dürdanə Nəriman qızına öz dərin minnətdarlığını bildirirlər.
Günəş Energetikası terminləri lüğəti - PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar