“Mükəmməl bir roman yazmaq demək olar ki, mümkün deyil. Hər səsin haqqını verərək qısa və bütöv bir hekayə yazmağı isə çox az yazıçı bacarır. Claire Keegan 'Mavi Tarlalardan Yürü' kitabında məhz bunu edir.”
-Hilary Mantel-
Müasir İrlandiya ədəbiyyatının önəmli hekayə müəlliflərindən Claire Keegan ilk dəfə Azərbaycan dilinə tərcümə olunur.
Əsrlərdən bəri qalan yaraların və qotik kölgələrin izlərini izləyən bu hekayələrdə yazıçı, gələcəyini daşdan çıxaran fərdlərin və keçmişi ilə barışmayan bir ölkənin güclü bir portretini yaradır.
Uzun saçlı bir qadın rahibin evinə köçür və əşyalarını oda atır, bir meşəçi torpağını ipoteka qoyub, həyat yoldaşı tapmaq üçün yaxın şəhərlərə səfər edir, bir Harvard tələbəsi ad gününü qeyd etmək üçün varlı ögey atasının dəniz kənarındakı evinə gedir və kitaba adını verən hekayədə bir rahib kilsədə gəlinini gözləyərkən xatirələri ilə mübarizə aparır.
Bu hekayələrdəki personajlar onlara kifayət edəndən artığını istəmir, arzu edirlər, amma dilək tutmurlar. Duyğusuz görünən müstəqilliklərinin arxasında isə içdən içə yanan bir ağrı var.
“Mükəmməl bir roman yazmaq demək olar ki, mümkün deyil. Hər səsin haqqını verərək qısa və bütöv bir hekayə yazmağı isə çox az yazıçı bacarır. Claire Keegan 'Mavi Tarlalardan Yürü' kitabında məhz bunu edir.”
- Hilary Mantel -
“Bu hekayələr adeta sehrlidir. Keeganın hekayələrindəki incəlik, ağıl və qeyri-adi ritm hissi İrlandiya hekayə ənənəsinə dəyər qatır. Bu hekayələr bugünkü İrlandiyanı təsvir etsə də, zamansız bir tərəfləri var.”
- Colm Tóibín -
“Mükəmməl hekayələr, qüsursuz bir quruluş. Bu kitabı oxumağı belə zövqlü edən isə dilinin axıcılığı və gözəlliyidir.”
- Anne Enright -
Şərhlər 0
Şərh Yaz