Azərbaycancaaz
Mir.az » Kitablar » Ramiz Dəniz "Həqiqət" PDF

Ramiz Dəniz "Həqiqət" PDF

Ramiz Dəniz "Həqiqət" PDF
  • Reytinq: 7
  • Şərhlər: 1
Populyarlıq 86% 86%


Diqqət Çəkənlər
Əsərdə cərəyan edən hadisələr, Qarabağın bir kəndində yaşamış iki - azərbaycanlı və erməni ailəsinin taleyindən bəhs edir. Öz dədəbaba torpağından qovulan azərbaycanlılar ermənilər tərəfindən fiziki və mənəvi məhrumiyyətlərə məruz qalsalar da, insanlıq sifətini itirmiş, bilavasitə azərbaycanlılara qarşı cinayətlər törədən həmin erməni ailə Sankt-Peterburq şəhərində Sergey adlı rus ziyalısının sadəlövhlüyündən istifadə edərək, qaçqın kimi onun evinə sığınır. İllər ötəndən sonra əsərdəki personajlar – yəhudi biznesmeni, Bakı ermənisi, gürcü pedaqoqu və rus arxeoloqu ermənilərin Qarabağda törətdikləri cinayətləri Sergeyə söyləyirlər və sığınacaq tapmış erməni ailəsinin əməlləri bütünlüklə ifşa edilərək, biabırçı şəkildə evdən qovulurlar. Lakin həqiqəti dərk etmək üçün ilk öncə rus ziyalısı Pyatiqorskiyə, İrəvana, Xankəndinə, əsas personajların vətəni olan Xocavəndin Qaradağlı kəndinə, qarət edilərək dağıdılmış Azərbaycan kəndlərinə və Bakıya səfər edir və əlləri azərbaycanlıların qanına bulaşan ermənilərin əsl simasını üzə çıxarmaq çüçün müvafiq faktlara söykənən məlumatlar toplayır.
Ramiz Dəniz "Həqiqət" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 1

Şərh Yaz
  1. Rehimova Medine
    Rehimova Medine
    Qonaq
    Belə əsərlərə, xüsusən də onların xarici dillərə çap edilib dünyaya yayılmasına böyük ehtiyac var, ən azından dünya əhalisinin sadə kütlələri az da olsa həqiqətləri bilsinlər. Yüklədim və məmnuniyyətlə oxuyacam

Şərh Yaz