O Bir Əfsanədir: İçi Plovlu Quzu Qabırğa Dolması Resepti
Yemək Haqqında:
Azərbaycan mətbəxindən Dolma resepti.
Ziyafət süfrələrində “Şah” əsər yaradan yeməklərdən biri də quzunun qabırğasından hazırlanan dolmadır.

NEÇƏ NƏFƏR ÜÇÜN
5 nəfərlikHAZIRLIQ VAXTI
40 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
1 ədəd quzunun yarım qabırğasıMarinad üçün:
duz, istiot
qırmızı bibər tozu, pul bibər
1 stəkan alça və ya zoğal turşusu
İçlik üçün:
1 ovuc üzüm qurusu
1 ovuc qaysı qurusu
1 ovuc qoz ləpəsi
1,5 stəkan düyü
2-3 çimdik duz, istiot
1 çimdik zəfəran
su
kərə yağı
çox az duru yağ
Hazırlanma qaydası:
İlk öncə quzunun yarım qabırğasının ətlə sümüyün birləşən hissəsindən ehtiyyatla bıçaqla içliyi doldurmaq üçün cib formasında açın. Daha sonra ətin həm açdığınız cibini, həm də hər tərəfini yaxşıca duzlayıb istiot vurun. Daha sonra turşu (palçıq turşusu, zoğal turşusu, alça turşusu-hər hansı birini istifadə edə bilərsiniz) hər tərəfinə yaxşıca yaxın. Üzərinə zövqə görə pul bibər və qırmızı bibər tozu səpin. Sobanı əvvəlcədən 200 dərəcə qızdırın.
İçliyi hazırlamaq üçün dərin bir tavaya kərə yağını töküb əridin. Kərə yağın yanmaması üçün çox az duru yağ əlavə edin. Əridilmiş yağa əvvəlcədən yuyulub suyu süzülmüş üzüm qurusu, qaysı qurusu və qoz ləpəsi əlavə edib qarışdıraraq qovurun. Daha sonra üzərinə yuyulmuş düyü əlavə edib qovurmağa davam edin. Üzərini keçəcək qədər su, zəfəran, duz və istiot töküb bişməyə qoyun. Suyu çəkilib düyü yarıbişmiş hala gəldikdə ocaqdan götürün (əgər ehtiyac yaranarsa düyüyə yenidən su əlavə edib bişirin). Hazırladığınız içliyi marinad etdiyiniz ətin cib hissəsinə doldurun. Əti əvvəlcə hər yerini örtəcək qədər yağlı kağızlara bükün. Daha sonra folqa kağızına hava almayacaq şəkildə kip bükün. Folqaya bükülmüş qabırğanı soba sinisinə plov hissəsi aşağı,sümük hissəsi yuxarı baxacaq şəkildə yerləşdirin. Quzu qabırğa dolmasını əvvəlcədən 180-200 dərəcə qızıdırlmış sobada təxminən 4 saatlıq bişirin. Süfrəyə verdikdə üzərinə nar dənəsi səpə bilərsiniz.

Şərhlər 0
Şərh Yaz