Azərbaycancaaz
Mir.az » Resept » Pambıq Kimi Yumşaq: Türkiyə Mətbəxindən Quzu Külbastı Resepti

Pambıq Kimi Yumşaq: Türkiyə Mətbəxindən Quzu Külbastı Resepti

193
asan resept,asan yemək resept,sadə resept
320 calories, 3 grams fat
Pambıq Kimi Yumşaq: Türkiyə Mətbəxindən Quzu Külbastı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Ən dadlı ətlərdən biri olan quzu əti kulinariya mədəniyyətimizin vazkeçilməz hissəsidir. Xüsusən də yaz aylarında heyvanlar çöldə otlamağa getdikcə quzu əti daha da dadlı olur. Deməli,2 aydan sonra ən dadlı və ən sağlam qırmızı ət sayılan quzu ətinin mövsümüdür.
Ev şəraitində restoranlarda yediyiniz yumşaq, pambıq kimi quzu ətini bişirmək çətin deyil, gözəl nəticə əldə etmək üçün marinadını bir az əvvəl hazırlayıb əti marinadda buraxmaq kifayətdir. Külbastı üçün quzunun qolunun yanındakı döş hissəsinin ucundan alınan sümüksüz ət lazımdır. Qəssabınız bu əti incə doğrayıb yastılayaraq hazırlayacaq. Sizdə mövsümü gəldiyində mütləq bu resepti sınayın. Əminəm ki , peşman olmayacaqsınız.

NEÇƏ NƏFƏR ÜÇÜN

3 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

500 qram quzu əti
1/2 stəkan zeytun yağı
5 diş sarımsaq
1 çay qaşığı qırmızı bibər tozu
1 qaşığı kəklikotu
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot

Hazırlanma qaydası:

Quzu Külbastı Reseptinin İpUcu
Yumşaq bir ət əldə etmək üçün onu bişirməyə başlamazdan əvvəl ən azı 2 saat marinadda buraxmaq çox vacibdir. Bundan əlavə, hazırladığınız şorabanı ətə masaj edərək yaxşıca yedirtməlisiniz. Əti heç vaxt yumayın, belə etsəniz, ətin içindəki suyun itirilməsinə səbəb olarsınız və nə etsəniz də ətiniz quruyacaq.


Quzu Külbastı Resepti üçün Bişirmə Təklifi
Əgər çuğun tavanız yoxdursa, dibi qalın və səthi yapışmayan istənilən tavadan istifadə edə bilərsiniz, lakin normal tavalar çuğun tava qədər istiliyi saxlaya bilmir.

Dərin bir qaba zeytun yağı,sürtgəcdən keçilmiş sarımsaq və ədviyyatları əlavə edib ətləri həmin qarışımla əllərinizlə yaxşıca qarışdırın ki, sous( şoraba) ətin hər tərəfinə nüfuz etsin.
Qabın ağzını streç sellofanla örtün və bu şəkildə ən azı 2 saat soyuducuda saxlayın.
Əti bişirmək vaxtı gələndə, mümkünsə, ocağın üstünə çuqun tava qoyub 10 dəqiqə qızdırın. Çuğun tava qızıb tüstü çıxmağa başlayanda ocağın istiliyini aşağı salın və əti tavaya qoyun. Hər 15 saniyədən bir çevirərək hər tərəfini təxminən 4 dəqiqə bişirin. Bu, orta dərəcədə bişmiş ət olacaq. Daha çox bişirilməsini istəyirsinizsə, bişirmə vaxtını uzada bilərsiniz.
Bişmiş əti qazana qoyun və servis etməzdən əvvəl qazanın qapağı bağlı şəkildə təxminən 5 dəqiqə gözləyin.
Hələ isti olan çuğun tavada yarıya böldüyünüz pomidor və bibərləri qızardın.
Quzu külbastını qızarmış pomidor və bibərlə süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz