Azərbaycancaaz
Mir.az » Resept » Qazan Kababı resepti və hazırlanma qaydası

Qazan Kababı resepti və hazırlanma qaydası

179
asan resept,asan yemək resept,sadə resept
430 calories, 4 grams fat
Qazan Kababı resepti və hazırlanma qaydası

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Kabab resepti.
Bəzən insanın könlündən kabab keçsə də, kabab çəkməyə şəraiti olmur. Alternativ olaraq sizlərə qazan kababını təqdim edirik.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

  • 1,5 kq ət
  • 1 ç.q. duz
  • 1 acı istiot
  • 2 ç.q. zirə
  • 1 kq soğan
  • 100-150 q quyruq
  • 100 q keşniş-şüyüd
  • 2-3 çimdik qara istiot

Hazırlanma qaydası:

1. Əti tikələrə doğrayın. Duz, istiot, zirə vurun.
2. Soğanı təmizləyib halqa və yaxud yarımhalqa doğrayın.
3. Göyərtini yuyub-doğrayın. Quyruğu xırda doğrayın.
4. Qızdırılmış qazanın dibinə düzün. Üstündən ət tikələrini döşəyin.
5. Bir qat soğan döşəyib, üstünə göyərti səpin.
6. Sonra yenə ət döşəyin və ərzaq bitincə layları təkrarlayın.
7. Üstündən isə acı istiotu qoyun.
8. Ətin üstünə qapaq, yaxud dəmir ləyəni kip qoyun.
9. Əgər qapaq kifayət qədər ağır deyilsə və buxar onu qaldıra bilərsə, o zaman üstünə yük qoyun.
10. Qazan kababını vam odda bişirin.
11. Ət yağa düşüb qızarmağa başlayanda xüsusi səs çıxarır.
12. Çalışın, həmin məqamı ötürməyəsiniz: bu zaman qapağı götürüb qarışdırmaq lazımdır.
13. Sonra yenə qapağını örtüb daha 5-10 dəqiqə bişirin. Süfrəyə verərkən üstünə nar dənələyə bilərsiniz. Nuş olsun!



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz