Azərbaycancaaz
Mir.az » Resept » Səbzi-qovurma plovun asan resepti - Azərbaycan mətbəxi

Səbzi-qovurma plovun asan resepti - Azərbaycan mətbəxi

656
asan resept,asan yemək resept,sadə resept
535 calories, 5 grams fat
Səbzi-qovurma plovun asan resepti - Azərbaycan mətbəxi

Yemək Haqqında:

Azerbaycan mətbəxindən Plov resepti.
Göyərti və vitaminlə zəngin Azərbaycan mətbəxinin sevilən plov növü Səbzi Plov. Mir.az səbzi-qovurmalı plovun reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

5 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

35 dəqiqə

Tərkibi:

  • 600 qram - qoyun əti
  • 400 qram - uzun düyü
  • 50 qram - ərinmiş kərə yağı
  • 2 ədəd - baş soğan
  • göyərti (kəvər, keşniş, göy soğan, quzuqulağı, şüyüd)
  • zəfəran
  • darçın
  • duz
  • istiot

Hazırlanma qaydası:

Səbzi-qovurma plovu üçün yumşaq qoyun ətini 35-40 qramlıq tikələrə doğrayıb, qazana tökün. Ocaqda bişirin. Daha sonra iri qazanda əlavə etdiyiniz suyun həcm inə görə 1 xörək qaşığı duz töküb, düyünü qaynadın. Çox qaynatmayın ki düyü bir-birinə yapışmasın. Düyünün hazır olub-olmadığını əlinizlə yoxlayın.

Vaxtını ötürmək olmaz. Bişən kimi aşsüzəndə süzün. Əgər istəyirsinizsə, plovunuz qazmaqlı olsun o zaman evdə əvvəlcədən xəmir hazırlayıb, qazmaq düzəldə bilərsiniz. Yox əgər etməmisinizsə, qazmaq üçün hazır lavaşdan da istifadə edə bilərsiniz.

Qazanın dibin kərə yağı ilə yağlayıb, lavaşı döşəyib düyünü asta-asta əlavə edin. Qapağını dəsmalla bağlayıb, qazanın ağzın örtüb, dəmə qoyun. Soğanı doğrayıb, tavada qızılı rəng alanədək qızardın. Əvvəlcədən bişirilmiş qoyun ətini soğana əlavə edin.

Daha sonra zəfəran əlavə edinki xüsusi dad versin. Doğranmış göyərtini ətə əlavə edib, duz, istiot vurub rəngi dəyişənədək bişirin.

Dəmlənmiş plovun bir hissinə zəfəran da vura bilərsiniz. Süfrəyə verilən zaman düyünü təpəcik şəklində boşqaba çəkin və üstünə zəfəran vurulmuş düyü tökün. Yanına hazır səbzi-qovurma qoyub,üzərinə isə əridilmiş kərə yağı və darçın səpin.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz