Azərbaycancaaz
Mir.az » Resept » Azərbaycan Mətbəxindən : Dadı və Ləzzəti ilə Seçilən Buğ Xəngəli Resepti

Azərbaycan Mətbəxindən : Dadı və Ləzzəti ilə Seçilən Buğ Xəngəli Resepti

89
asan resept,asan yemək resept,sadə resept
830 calories, 8 grams fat
Azərbaycan Mətbəxindən : Dadı və Ləzzəti ilə Seçilən Buğ Xəngəli Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Xəngəl resepti.
Buğ xəngəli qaxac ət ilə hazırlanan ləziz yeməkdir. Zaqatala və Balakən rayonlarına məxsus olan bu xəmir xörəyi digərlərindən fərqli olaraq, ətin buxarında bişirilir. Mir.az buğ xəngəlinin reseptini təqdim edir.
*Buğ xəngəlinin xəmiri nazik formada yayılır. Əsas xüsusiyyəti isə xəmirlərin bir-birinə yapışmaması üçün yağlanmasıdır

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

45 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:


    Xəmiri üçün:
  • 1 ədəd yumurta
  • 1 çay qaşığı duz
  • 300 qr un
  • Apardığı qədər su

  • Dib döşəmə əti üçün:
  • 1,5 kq mal əti qabırğası
  • 1 ədəd soğan
  • 3-4 diş sarımsaq
  • 4-5 dəfnə yarpağı
  • 15-20 istiot dənəsi
  • 1 çay qaşığı duz

Hazırlanma qaydası:

İlk öncə soğanın qabığını soyub 4 , sarımsağı isə 2 hissəyə bölün.
Mal əti qabırğasını böyük dilim formasında doğrayın.
Qazana ət,soğan, sarımsaq, dəfnə yarpağı, dənə istiot və ətlərin üzərinə çıxacaq qədər su töküb zəif odda 1 saat bişirin.( Ən sonda ətin duzunu vurun) Tam bişməməsinə diqqət edin ki, sonradan xəngəllərlə birlikdə yenidən bişdikdə ət çox dağılmasın. Bişən ətləri başqa bir qazana düzüb, süzgəclə suyunu üzərinə süzüb təkrar ocağa qoyun.
Xəmiri hazırlamaq üçün bir qaba un, duz, yumurta və apardığı qədər su əlavə edib xəmir yoğurun. Xəmirdən 4 ədəd kündə hazırlayın.
Kündələri bir-bir yayıb yağlayın. Və ya hər yuxanın arasını bir-birilərinə yapışmayacaq şəkildə yağlayıb üst-üstə yığın.
Daha sonra istədiyiniz formada (kvadrat, romb) kəsib ətlərin üzərindən qazana düzün. Xəngəlləri düzdükdə kənarlarından və tam orta hissədən boşluq saxlamaq lazımdır ki, buxar qazanın hər tərəfinə yayılaraq bütün xəngəlləri eyni dərəcədə bişirə bilsin. Ətlərin üzərinə yuxaları düzdükdən sonra qazanın qapağını örtüb ocaqda bişirin. Su az olarsa, xəngəllər bişənə qədər az-az su əlavə etmək olar. Ancaq suyun xəngəllərə dəyməməsinə diqqət edin. Bişdikdən sonra ilk öncə xəngəlləri qaba düzüb üzərinə əti və suyunu əlavə edib süfrəyə verin. Bu ləziz yeməyin yanında süfrəyə sarımsaqlı qatıq verə bilərsiniz.


NUŞ OLSUN😋.
.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz