Azərbaycancaaz
Mir.az » Resept » Cəmi 2 Yumurta ilə: Sufle dadlı Yaş Keks Resepti

Cəmi 2 Yumurta ilə: Sufle dadlı Yaş Keks Resepti

524
asan resept,asan yemək resept,sadə resept
625 calories, 6 grams fat
Cəmi 2 Yumurta ilə: Sufle dadlı Yaş Keks Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən desert resepti.
Çox az inqrediyentdən istifadə edərək 6 nəfərlik desert hazırlaya biləcəyinizi desək necə olar? Üstəlik, əlavə etsək ki, bu desert sobadan çıxanda ilıq sufle dadına malik böyük yaş keksdir? Düşünürəm ki, bu, sizi təəccübləndirdiyi qədər də sevindirəcək bir məlumat olardı..

Onda deyə bilərik ki, bu gün sizin şanslı gününüzdür? Çünki belə bir reseptimiz var! Cəmi 2 yumurta ilə fərq yaradan bu çox yaş, zəngin şokoladlı keksi sınamasanız, ayıb olar. Resept bizdən, mətbəxinizdə keçirəcəyiniz ləzzətli anlar sizdən..

Nuş olsun..

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

2 yumurta
1 stəkan şəkər tozu
1/2 fincan yağ
2 şorba qaşığı kakao
2 stəkan un
1 stəkan süd
1 paket qabartma tozu
1 paket vanil

Sous üçün:
1,5 stəkan süd
3 xörək qaşığı yağ
2 şorba qaşığı kakao
1 stəkan (2 barmaq əskik) şəkər tozu

Hazırlanma qaydası:

1. Yumurta və şəkər tozunu krem ​​halına gələnə qədər çalın.

2. Süd əlavə edin və qarışdırmağa davam edin.

3. Quru inqrediyentləri əlavə edin və aşağı sürətlə çalın.

4. Yağlanmış çörək qabınızı götürün və əvvəlcədən isidilmiş 180 dərəcə sobada 30 dəqiqə bişirin.

5. Keks bişərkən sousu hazırlayın. Bütün inqrediyentləri sous qabına töküb şəkər əriyənə qədər bişirin, qaynatmaq lazım deyil.

6. Keks soyuyanda sonra dilimləyin və hər yerinə diş çubuqları batırın. Bütün tortun üzərinə sousu tökün.

7. Sosun keksə hopması üçün biraz gözləyəndən sonra servis edə bilərsiniz. Nuş olsun!

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz